Banner
Banner

Xalq Təbabəti

Sinir sistemini möhkəmləndirən – TƏSİRLİ VASİTƏLƏR

Sinir sistemini möhkəmləndirən – TƏSİRLİ VASİTƏLƏR
12:06 17 May 2021

Müasir insan daim stress və gərginliklərə məruz qalır. Nəticədə bir çox insanlar nevrozlardan, depressiyalardan, yuxusuzluqdan və s. pozulmalardan əziyyət çəkir.

Tibb.fed.az bildirir ki, xalq təbabətində sinir sisteminin möhkəmləndirilməsi üçün müxtəlif və çox təsirli vasitələr var.

Bu vasitələrin arasında:

- Çobanyastığı çox yaxşı sakitləşdirici vasitədir. Gün ərzində 2-3 dəfə 1 fincan çobanyastığı çayı qəbulu əsəbləri sakitləşdirir. Çay belə hazırlanır:

-1 çay qaşığı çobanyastığı otu 100 qr qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və qəbul edilir (çaya 1/2 qaşıq bal əlavə etmək olar).

Lakin onu da nəzərə alın ki, çobanyastığı allergiyaya səbəb ola bilər. İshala meyilli insanlar da diqqətli olmalıdır- çobanyastığı işlədici təsirinə malikdir.

- 1 çay qaşığı badrənc otu, 1 çay qaşığı qurudulmuş nanə (və ya bir çimdik təzə nanə) və 2 dənə mixək 200 ml qaynar suda dəmlənilir və gün ərzində içilir. Nanə və badrənc otun tərkibində olan efir yağları sakitləşdirir, gərginliyi yox edir, yuxusuzluqla mübarizədə kömək edir. Əczaçılıq sənaye tərəfindən buraxılan bir çox sakitləşdirici preparatların tərkibinə məhz badrənc və nanə daxildir.

- Yuxusuzluqdan əziyyət çəkən insanlar qurudulmuş nanə yarpaqlarını tənzifdən olan kiçik torbaya yığıb yatmazdan əvvəl yastığın yanında qoyun.

Bu onlara yuxuya daha tez getməyə kömək edəcək.

- Darçın da insanın sinir sisteminə sakitləşdirici təsir edir. 1 fincan qaynar suya bıçaq ucunda darçın və 1 çay qaşığı bal əlavə edin. Gün ərzində 2 fincan çay qəbul edin.

- 2 xörək qaşığı pişikotu kökləri, 2 xörək qaşığı razyana, 2 xörək qaşığı zirə üzərinə 3 stəkan qaynar su əlavə edin, dəmləyin və gün ərzində 50 ml olmaqla 3 dəfə qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə etmək olar

Bitki çaylarına qarşı dərmanlara olduğu qədər diqqətli olun. Çünki bitkilər dərmanlar kimi orqanizmdə müəyyən dəyişikliklərə yol açır. Yuxusuzluğa yaxşı təsir göstərən bu çayların mərkəzi sinir sisteminə təsirini də unutmamaq lazımdır. Bu çayları hər axşam içmək gələcəkdə daha ciddi yuxusuzluq problemlərinə gətirib çıxara bilər. Bu baxımdan az-az içmək təklif olunur. Hamiləlik və əmizdirmə dövründə olan qadınlar, həmçinin yuxu, depressiya, təzyiq, şəkər kimi problemlərə qarşı dərman istifadə edənlər həkimlə məsləhətləşmədən bu çayları içə bilməz.

Bunları nəzərə alıb yuxu problemini aradan qaldırmağın başqa yollarını sınaqdan çıxarın. Məsələn, yatağa girməzdən 2-3 saat əvvəl son yeməyinizi yeyin. Kofein tərkibli içkilərdən uzaq durun. Yaşıl çay kimi bəzi çayların da tərkibində kofein olduğunu unutmayın. Yataq otağında televizor izləməyin. Hər axşam eyni saatda yatağa girməyə çalışın və səhərlər eyni saatda oyanın. Gün ərzində yatmayın. Yataq otağını qaranlıq və sərin saxlayın. Gecə saatlarında şokolad kimi enerji verən çərəzlər yeməyin. Gündüz saatlarında idman etmək də yuxuya getməyi asanlaşdırır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner