Banner
Banner

Vitaminlər

Vitaminlərin klinik təsnifatı – HANSI DAHA VACİBDİR?

Vitaminlərin klinik təsnifatı – HANSI DAHA VACİBDİR?
11:54 9 May 2021

Vitaminlər (latınca. "vita"- həyat) üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Son dövrədək 50-yə qədər vitamin aşkar edilib.

Tibb.fed.az tibbi mənbələrə istinadla bildirir ki, maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da var. Müxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə-avitaminoz (sinqa, raxit, qanaxma, boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür:

suda həll olan (C vitamini və B qrupu vitaminlər),

yağda həll olan (A,D,E,K) vitaminləri aiddir.

Bədənin ümumi reaktivliyini artıran, mərkəzi sinir sisteminin funksional vəziyyətini, maddələr mübadiləsini və toxuma hərəkətini tənzimləyən dərmanlar:

- Vitamin B1 (Tiamin)

- Vitamin B2 (Riboflavin)

- Vitamin PP (Niasin)

- Vitamin B6 (Piridoksin)

- Vitamin A (Retinol)

- Vitamin C (askarbin turşusu)

- Bitamin B15 (Panqamik turşu)

Antianimik dərmanlar (hematopoezi normallaşdıran və stimullaşdırıcı):

- Vitamin B12 (sianokobolamin)

- Vitamin B9 (Fol turşusu)

- Vitamin B6 (Piridoksin)

- Vitamin C (askarbin turşusu)

Antihemoragik (normal keçiricilik, qan müqaviməti və artan qan laxtalanmasını təmin edir):

- Vitamin C (askarbin turşusu)

- Vitamin K (Menadion)

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner