Banner
Banner

Vitaminlər

Vitamin C hansı insanlara pis təsir – GÖSTƏRIR?

Vitamin C hansı insanlara pis təsir – GÖSTƏRIR?
16:06 28 Aprel 2021

Vitamin C soyuqdəymədən qoruya bilərmi və ya soyuqdəyməni müalicə edə bilərmi?

Uzun illər Vitamin C-ni soyuqdəymənin müalicəsində müalicəvi effekt verən və ondan qoruyan bir vasitə kimi öyrənilmişdir. Ancaq araşdırmaların nəticəsi ürəkaçan olmamışdır. Belə ki, ekspertlər soyuqdəymənin profilaktikası və müalicəsində vitamin C-nin xeyirli olmasını təsdiq etməmişlər.

Tibb.fed.az bildirir ki, bu barədə tanınmış həkim Tərlan Əyyubov açıqlama verib. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində vitamin C-nin daha çox ekstremal şəraitlərdə olan, intensiv idmanla məşğul olan, məsələn, marafon qaçan, insanlara daha çox effekt göstərdiyi bəlli olub. Belə ki, yalnız bu qrupa daxil olan insanlarda soyuqdəymə riskini təqribi 2 dəfə azaldır.

““Vitamin C-dən ziyan gəlməz”. Bu, mifdir. Normal qidalanma zamanı askorbin turşusundan çox istifadə doza aşımına səbəb ola bilər. Bu zaman – ürəkbulanma, qusma, ishal, baş ağrısı, yuxusuzluq və yüksək qıcıqlılıq kimi əlamətlər yarana bilər. Bəzən isə vitamin C-nin aşırı istifadəsi mədəaltı vəz və böyrək funksiyalarına zərərli təsir göstərir”. T.Əyyubov “askorbinka (vitamin C) içəcəksiz və bu sizi ayağa qaldıracaq deyə düşünmək lazım deyil” söyləyib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner