Banner
Banner

Vitaminlər

TOTALVİT 9 B-COMPLEX

 TOTALVİT 9 B-COMPLEX
00:49 1 Fev 2021

İSTEHSALÇI

 

SORIA NATURAL (İSPANİYA)

 

BURAXILIŞ FORMASI

 

Tablet №28

 

FARMAKO-TERAPEVTİK QRUP

 

Vitamin kompleksi

Göstərişlər

 

B qrup vitaminləri çatmamazlığı və ya onlara tələbatın artdığı zaman istifadə olunur.

Bioloji fəallığa malik qida əlavəsi:

 

TƏRKİBİ

 

Hər həbdə

 

Niasin (Vitamin B3, nikotinamid) - 16 mq

Pantoten turşusu (Vitamin B5) - 6 mq

Xolin (Vitamin B4) -  3 mq

İnozitol (Vitamin B8) - 3 mq

PABT (Vitamin B 10) - 2 mq

Piridoksin (Vitamin B6) - 1.4 mq

Riboflavin (Vitamin B2) - 1.4 mq

Tiamin (Vitamin B1) - 1.1 mq

Fol turşusu (Vitamin B9) - 200 mkq

Biotin (Vitamin B7) - 50 mkq

Sianokobalamin (Vitamin B12) - 2.5 mkq

 

Köməkçi maddələr: stabilizə edici maddələr: mikrokristalik selluloza; ötrük maddələr: neytral metakrilat kopolimer, hidroksipropilselluloza, hidroksipropil metilselluloza; yapışmanın qarşısını alan maddə: yağ turşularının maqnezium duzları; rəngləyici maddə: titan dioksid, dəmir oksid.

TOTALVİT 9 B KOMPLEKS – B qrup vitaminləri və vitaminəbənzər maddələrdən ibarət olan vitamin kompleksidir. Sinir sistemində  mielin qatının sintezində iştirak edir; zülalların, yağların və karbohidratların metabolizmində iştirak edir,  immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. TOTALVİT 9 B KOMPLEKS vasitəsinin komponentləri yüksək absorbsiya və biomənimsənilməyə malikdir.

Vitamin B3 – cinsi hormonların, insulinin, kortizon və tiroksin sintezində iştirak edir.

Vitamin B5 (pantoten turşusu) – anticismlərin yaranmasında, kortikosteroidlərin sintezində

iştirak edir.

Vitamin B4 (xolin) – baş beynin, qaraciyərin, böyrəklərin, sinir sisteminin, reproduktiv sistemin normal fəaliyyət göstərməsi üçün vacib agentdir. 

Vitamin B8 (inozit, inozitol) – bir çox fermentlərin tərkib hissəsidir, baş beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır, sümük və əzələ toxumasının böyüməsi və inkişafı üçün vacib komponentdir.

Vitamin B 10 – qanyaranmada, vitamin B9 sintezində, qalxanabənzər vəzinin normal fəaliyyətində mühüm rol oynayır. Orqanizm tərəfindən interferonun sintezini stimulə edir.

Vitamin B6 (piridoksin) – adrenalin, serotonin, dofamin, hemoqlobin və d. maddələrin sintezində iştirak edir. Mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətində, qadınlarda cinsi hormonların sintezində, qanda xolesterin səviyyəsinin tənzimlənməsində piridoksin böyük rol oynayır.

Vitamin B2 (riboflavin)- hüceyrə tənəffüs prosesinin katalizatorudur, görmə qabiliyyətini yaxşılaşdırır, toxumaların regenerasiyasında iştirak edir. Vitamin B6 mənimsənilməsinə yardım edir.

Vitamin B1 (tiamin) – qanyaranmada iştirak edir, baş beynin normal fəaliyyətini təmin edir.

Vitamin B9 (fol turşusu) qanyaranmanı təmin edən aminturşularının, DNT-in sintezində iştirak edir,  immun sistemi və həzm sistemi orqanlarının fəaliyyətini tənzimləyir.

Vitamin B7 (biotin) - qanda qlükozanın səviyyəsini tənzimləyir; sinir sisteminin, dəri və onun törəmələrinin sağlamlığını qoruyur.

Vitamin B12 (sianokobalamin) -  eritrositlərin və mielin hüceyrələrinin sintezində iştirak edir. Əqli zəifliyin, anemiyanın, erkən qocalmanın qarşısını alır. Fol turşusunun mənimsənilməsi üçün önəmli komponentdir.

 

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

 

B qrup vitaminləri çatmamazlığı və ya onlara tələbatın artdığı zaman istifadə olunur.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

 

1 həb gündə 1 dəfə.

 

ƏKS GÖSTƏRİŞLƏR

 

Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

 

SAXLANMA ŞƏRAİTİ

 

Quru, qaranlıq 25°C artıq olmayan şəraitdə saxlanmalıdır.

 

EHTİYAT TƏDBİRLƏRİ

 

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

 

BURAXILIŞ FORMASI

 

TOTALVİT 9 - B-KOMPLEKS, tablet № 28, blister qablaşdırılmada.

 

DƏRMAN VASİTƏSİ DEYİL.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner