Banner
Banner

Vitaminlər

Maxifol 5 mq. № 30

 Maxifol 5 mq. № 30
01:27 2 Fev 2021

Qiyməti: 14.71 Azn

Göstərişləri :

Meqaloblastik anemiya

Spru, dərman və radiasion anemiya və leykopeniya

Postrezeksion anemiya

Xroniki qastroenterit , bağırsaq vərəmi

Hamiləlik düşüklərinin və döl eybəcərliklərinin qarşısını almaq üçün

Tərkibi: Hər tabletin tərkibində 5 mq fol turşusu vardır.

Farmakoloji xüsusiyyəti: Fol turşusu defisitini aradan götürür, hemopoetik təsir göstərir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir. Bu meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Fol turşusu çatmamazlığı zamanı meqaloblastik tipli qanyaranma inkişaf edir. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, aminturşularının metobolizmində (qlisin, metionin, histidin) iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası, qanyaranma prosesi, embriogenez üçün vacib olan nuklein turşularının biosintezində iştirak edir. Klimakterik dövrdə əvəzedici terapiya zamanı hormon qəbulunu aşagı salmaq məqsədilə istifadə edilə bilər. Adrenalinin əmələ gəlməsində, nikotin turşusu katabolizmində və s. rol oynayır.

Daxilə qəbul olunduqdan sonra fol turşusu mədədə Kastlın daxili faktoru (spesifik qlikoprotein) ilə birləşərək onikibarmaq bağırsağın yuxarı hissəsində sorulur. Bütünlüklə plazma zülalları ilə birləşir. Qaraciyərdə dehidrofolat turşusunun təsiri altında metabolizmə uğrayaraq tetrahidrofol turşusuna çevrilir. C max qana 30-60 dəq. sonra çatır. Böyrəklərdə həm dəyişilməmiş formada, həm də metabolit formasında xaric olunur.

Əks göstərişləri: Fol turşusuna qarşı yüksək həssaslıq , 10 yaşa qədər uşaqlar.

Əlavə təsirləri: Allergik reaksiyalar, bronxospazm, eritema, dəri səpgiləri

Qarşılıqlı təsiri: Analgetiklərlə, qıcolma əleyhinə təsir edən preparatlar, antasidlər, xolestiramin, sulfanilamidlər, antibiotiklər, sitostatiklərlə birgə qəbulu preparatın effektliyini azaldır.

Qəbul qaydası və dozaları: Müalicə məqsədilə daxilə 1 tab. gündə 1 dəfə qəbul edilir. Kurs müalicə 20-30 gündür. Hamiləlik planlaşdırılırsa 1-2 ay öncədən , hamiləlik dövrünün ilk günündən son gününə qədər və laktasiya periodunun ilk 6 ayı preparatın qəbulu zəruridir.

Buraxılış forması: Maksifol, tablet 5 mq, N30.

Maxifol 5 mq. № 30 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner