Banner
Banner

Vitaminlər

CEREBROVIN KIDS

 CEREBROVIN KIDS
01:51 7 Fev 2021

Qiyməti: 24 Azn

HƏR 10 ML SİROPUN TƏRKİBİNDƏ:

Fosfatidilserin – 100 mq             Vitamin B2 – 1,0 mq

Fosfatidilxolin – 100 mq              Vitamin B3 – 11 mq

Qlisin - 100 mq                    Vitamin B12    – 1,0 mkq

Fol turşusu – 50 mkq

 

Köməkçi maddələr: Su, qlükoza şərbəti, kalium sorbat, natrium benzoat, portağal dadlandırıcı, ksantan saqqızı, dadlandırıcı, limon turşusu, sukraloza

Farmakoloji qrupu: Nootrop, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin mikrosirkulyasiyanı yaxşılaşdıran preparatdır

XÜSUSİYYƏTLƏRİ:

Fosfatidilserin – neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.) sintezində və mediator qovuqcuqlarından xaric olmasında, ionların hərəkətində və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir, sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır.

Fosfatidilxolin – asetilxolinin sintezində iştirak edir, sinir toxumasında mübadiləni yaxşılaşdırır və xolinergik neyronlarda sinir impulsunun ötürücülüyünü yaxşılaşdıraraq beyinin aktiv işləməsini təmin edir. Fosfotidilxolin sfiqnomielinin sintezində iştirak edir, mielin qişasının əmələ gəlməsini təmin edir və hüceyrə membranı strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır. Nootrop, membranoprotektiv, antidepressiv və antiaterosklerotik təsir göstərir. Yuxunu normallaşdırır. Əhval- ruhiyyəni yüksəldir. Qanda xolesterinin və yağ turşularının miqdarını azaldır.

Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepressiv təsirlərə malikdir. Qlisin QAYT – energik, a-adrenoblokator, antioksidant və antitoksiki təsirləri ilə; N-metil D aspartat reseptorlarının fəaliyyətini tənzimləyərək, psixoemosional gərginliyi və aqressivliyi aradan götürməklə, sosial adaptasiyanı və əhval- ruhiyyəni yaxşılaşdırır.

Vitamin B2 – (riboflavin) katexolaminləri inaktivləşdirən monoaminoksidazaların aktiv mərkəzinə daxil olmaqla simpatik mediatorların fəaliyyətini zəiflədir. Sinir-əzələ reflekslərini normallaşdırır. Həmçinin, eritrositləri oksidləşdirici fermentlərdən mühafizə edən qlutation reduktaza fermentinin aktiv mərkəzinə daxil olmaqla toxumalara oksigenin daşınmasında iştirak edir.

Vitamin B3  – (nikotin turşusu-vitamin PP) – orqanizmdə nikotinamidə çevrilir və kodehidroksilaza I və II kofermenti ilə birləşir, hidrogen daşınmasında, yağların, zülalların, amin turşuların, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə və digər biosintez proseslərində iştirak edir. Vitamin PP-spesifik pellaqrik maddələrin defisitini aradan qaldırır. Qanda lipoproteidlərin konsentrasiyasını aşağı salır. Xolesterini, ASLP-i, TQ-i, xolesterin-fosfolipid indeksini azaldır. Antiaterogen effektli YSLP-in miqdarını isə artırır. Vitamin B12 – (sianokobalamin) hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir.

Vitamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.

Fol turşusu – (Vitamin B9)-qanın və immun sistemini formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur. BFMQƏ normal qidalanmanı əvəz etmir.

GÖSTƏRİŞLƏRİ:

Psixomotor inkişafın ləngiməsi, kəllə beyin travmaları, yaddaş və diqqətin pozulması, irıtellektual qabiliyyətin zəifləməsi, həyəcanlama qorxu.

Yuxu pozğunluğu, yuxusuzluq, epilepsiya.

Ekstrapiramidal pozğunluqlarla müşahidə olunan neyroleptik sindrom.

Neyrosensor pozğunluqlar (qulaq küyləri, başgicəllənmə).

Uşaqlarda diqqət və yaddaşın artırılması məqsədi ilə.

Görmə pozğunluğu. Retinopatiya.

Baş beyin travmaları zamanı yaranan astenik, psixogen, nevrotik hallar.

İSTİFADƏ QAYDASI: Həkim məsləhəti olmadan istifadə olunarsa, aşağıda verilmiş cədvələ istinad edilməlidir:

Yaş dövrü     Birdəfəlik doza     Maksimal sutkalıq doza

0-1 yaş   2,0 ml    6.0 ml

1-3 yaş   3,5 ml    10,5 ml

3-5 yaş   5,0 ml    15,0 ml

5-8 yaş   7,0 ml    21,0 ml

8-12 yaş 10,0 ml  30,0 ml

12 yaş və böyüklər 15,0 ml 45,0 ml

Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.

ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq.

 

DOZA HƏDDİNİN AŞILMASI: Anoreksiya, iştahanın azalması, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma.

BURAXILIŞ FORMASI: Cerebrovin KIDS xüsusi karton qutuda, 150 ml flakonlarda, içlik vərəqəsi və ölçü qapağı ilə birgə istehsal edilir.

SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 26°C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  «Novator Pharma» Böyük Britaniya.

İSTEHSALÇI: “Gricar Chemical” S.R.L, San Giuseppe, 18/20 via – Brugherio  (MI) – İtaliya.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner