Banner
Banner

Vitaminlər

C vitamini koronavirusun qarşısını ala bilmirmiş – YENİ ARAŞDIRMA

C vitamini koronavirusun qarşısını ala bilmirmiş – YENİ ARAŞDIRMA
14:49 15 Fev 2021

 

C vitamininin koronavirusa qarşı təsirli vasitə olması ilə bağlı indiyədək yayılmış fikirlər həqiqət deyilmiş. Tibb.fed.az xəbər verir ki, həkimlər COVID-19-a yoluxma halında C vitamini və sinkin nəinki faydalı olmadığını, hətta aktiv qəbul edilərsə, zərərli olduğunu aşkarlayıblar.

Amerikalı həkimlər xəbərdarlıq edirlər ki, bu əlavələrin populyarlığına baxmayaraq C vitamini və sink COVID-19-a yoluxma halında faydasızdır. Üstəlik, bunların yüksək dozalarda uzun müddət istifadəsi yalnız əlavə sağlamlıq problemlərinə gətirib çıxarır - ürək bulanması, ishal və qicqirmaya.

Vitamin C və sink əlavələri, COVID-19 da daxil olmaqla, tənəffüs xəstəliklərinin simptomlarını aradan qaldırmaq üçün vasitə kimi məşhurdur. Antioksidant kimi C vitamininin immunitet reaksiyasında rol oynadığı, sinkin isə ağ qan hüceyrələrinin infeksiya ilə mübarizə aparmasına kömək etdiyi barədə fikirlər də var. Lakin ABŞ-dakı Klivlend Klinikasının həkimləri bu fikrin yanlış olduğu qənaətinə gəlib.

JAMA Network Open jurnalında yayımlanan araşdırma prosesində evdə müalicə alan 214 yetkin COVID-19 xəstəsi müşahidə edilib. Alimlər onları dörd qrupa bölüb, onlardan biri gündəlik yüksək dozada C vitamini (gündə 8000 mq), ikincisi - sink qlükonat (yataqdan əvvəl 50 mq), üçüncüsü - hər iki əlavəni qəbul edib. Dördüncü qrup isə ümumiyyətlə əlavələrdən istifadə etməyib. Bir ay ərzində xəstələr simptomları və şiddət dərəcəsi izlənilib.

Məlum oldu ki, nə sink, nə də C vitamini və ya onların birləşdirilmiş qəbulu heç bir şəkildə xəstələrin vəziyyətini yaxşılaşdırmır və simptomların aradan qaldırılmasına kömək etmir.

Ayrıca, qruplarda xəstəxanaya yerləşdirmə və ölüm sayında da heç bir fərq olmayıb. Üstəlik, əlavələr istifadə edən qrup iştirakçılarının bəziləri yüksək dozalı əlavələr səbəbindən - ürəkbulanma, ishal, qıcqırma, ağız quruluğu, mədə ağrısı və s. hallardan əziyyət çəkiblər.

"Mövcud tədqiqatın nəticələrinə əsasən, bu əlavələr COVID-19 simptomları ilə mübarizə aparmaq üçün tövsiyə edilə bilməz" deyə tədqiqatçılar yekun rəyə gəliblər.

Digər tənəffüs xəstəlikləri üçün də C vitamini və sinkin əlavə edilməsi arzuolunmazdır. Sink çatışmazlığı sitokinlərin artmasına və antikor istehsalının azalmasına gətirib çıxarsa da, soyuqdəymə zamanı yüksək dozalarda qəbul etmək soyuqdəymə müddətini yalniz bir günə kimi qısalda bilər. C vitamini, güclü bir profilaktik tədbir hesab edilsə də, soyuqdəymə riskini azaltmır (bəzi tədqiqatlar, yetkinlərdə% 8, uşaqlarda% 14 azalma göstərir). Əgər insan yoluxubsa, o halda C vitamini heç bir şəkildə kömək etməyəcək.

Eyni zamanda, C vitamininin çox olması mədəaltı vəzinin fəaliyyətinə maneə törədir, trombun meydana gəlməsi və böyrək daşlarının əmələ gəlməsi və şişin böyüməsini təşviq edir. Sinkin həddən artıq konsrentrasiyası uzun müddət ərzində  bədəndə mis səviyyəsinin aşağı düşməsinə, "yaxşı" xolesterol səviyyəsinin azalmasına və immunitetin pisləşməsinə səbəb olur.

Bununla belə, tədqiqat qrupları ümidlərini üzmürlər - Çin və ABŞ-da mütəxəssislər tənəffüs çatışmazlığı ilə mübarizədə damaradaxili tətbiq olunan askorbin turşusunun rolunu öyrənirlər. Həmçinin COVID-19-a qarşı profilaktik vasitə kimi C vitamini, D vitamini və sinkin rolu da öyrənilir. Ancaq indiyə qədər mövcud dəlillər xəstəliyi müalicə etmək üçün bu cür əlavələrə güvənməməyinizi tövsiyə edir.

Ancaq COVID-19 zamanı bədəndə D vitamini çatışmazlığı həqiqətən təhlükəli ola bilər, London İmperial Kollecinin həkimləri xəbərdar etdilər.

D vitamini, immunitet sisteminin işində rol oynayaraq orqanizmə daxil olan bakteriya və viruslara cavab kimi onu aktivləşdirməyə kömək edir. Tədqiqatçılar bildirir ki, D vitamini normal səviyyədə olduqda immunitet daha səmərəli işləyir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner