Banner
Banner

Virus və infeksiyalar

Koronavirusa yoluxanlar özbaşına – BU DƏRMANLARI ATMASINLAR – HƏKİMDƏN XƏBƏRDARLIQ

Koronavirusa yoluxanlar özbaşına – BU DƏRMANLARI ATMASINLAR – HƏKİMDƏN XƏBƏRDARLIQ
14:49 22 Mart 2021

Koronavirusa yoluxduğunu ehtimal edən şəxslərin ilkin yanlış müalicəsi,  sonradan ciddi fəsadlar törədir.

Xüsusilə də bəzi dərmanların özbaşına qəbulu nəinki xəstələrə fayda vermir, əksinə, onlarda əlavə problemlər yarada bilər.

Tibb.fed.az bildirir ki, bu barədə tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov xəbərdarlıq edir. O, koronavirus simptompları hiss edən şəxslərə doğru müalicə almaq üçün etmələri vacib olan prosedurları sosial şəbəkə üzərindən xatırladıb.

“Pandemiya başlayan gündən 50 dəfə yazmağıma baxmayaraq eyni səhvləri etməkdə davam edirlər. Bunlardan bir neçəsini yazıram.

1. Qızdırma başlayan kimi antibiotik qəbul edirlər. Bu səhvə görə həm müalicədə problemlər yaranır, həm də antibiotikin yan təsirlərinə görə xəstələr ağırlaşırlar. Antibiotiki şəkərli diabet, immun çatışmazlıqlı xəstələrə yazmaq olar, onu da mümkün qədər gec. Ən həssas məqamdır, həkimlər bu qrup xəstələrə antibiotik başlanma tarixini individual olaraq seçə bilər.

2. Poliklinka həkimləri kimə gəldi aspirin kardio, kardiomaqnil yazır. Bilin ki, COVID-19-un yaratdığı koaqulopatiyada trombositlərin heç bir günahı yoxdur. Aspirin trombositə qarşıdır. Covid zatən özü trombositi salır. Aspirin yalnız o xəstələrə verilməlidir ki onlara əvvəlcədən başqa problemə görə ömürlük aspirin yazılmışdı.

Risk qrupunda olan xəstələrə antikoagulyant verilməlidi (yalnız kleksan ya heparin).  Əgər lazımsız yerə aspirin içibsə, trombositopeniyaya görə antikoagulyantlar qanaxmalar yaradacaq.

3. Sistem ancaq o xəstələrə ehtiyatla tətbiq olunur ki onlar heç cürə su içə bilmir. Ya icdiyini qusur, ya diareyası var. Və ya tam başqa şeyə görə, məsələn diabetik ketoasidozu olanda. Onların da sisteminə heç nə qatmaq lazım deyil. Digər su içə bilən xəstələrə sistem qoşmaq olmaz. Ən yaxşı ağciyər quru ağciyərdi. Sistemlərlə maye qoşulması iltihablaşmış ağciyəri olan xəstələri əksinə ağırlaşdırır.

4. Evdə müalicə alanlara metilprednizolon, deksametazon olmaz. Deksametazon yalnız oksigen müalicəsi alan xəstələrə, o da sutkada 6 mg dan çox olmamaq şərti ilə verilməlidir. Xəstəxanada oksigen alan xəstəyə deksa təyin olunubsa, 6 mg dan yüksək doza bakterial infeksiya riskini artırır”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner