Banner
Banner

Virus və infeksiyalar

Bir il keçsə də Covidin hələ də - AÇILMAYAN 10 SİRRİ

Bir il keçsə də Covidin hələ də - AÇILMAYAN 10 SİRRİ
00:50 2 Fev 2021

“Epidemiyanın başlamasından bir il sonra Covidlə bağlı böyük müəmmalara yenidən nəzər salmaq vaxtı gəlib çatdı. Virus, ona yoluxma, xəstəlik müddəti və dərmanları ilə əlaqədar müxtəlif elmi konsensuslar necə təkamül edib? Pazlın (tapmacanın) hissələri tədricən yığılır, amma əsas hissələr hələ də anlaşılmaz qalır”, İsveçin “Le Temps” qəzetinin jurnalistləri Fabyen Qube, Silviya Lojan və Paskalina Mine yazır. Son bir ildə koronavirus dünyada ən çox danışılan mövzu olsa da, 10 məsələ hələ də açıq qalıb.

1.Epidemiyanın necə başladığı məlum deyil

“SARS-CoV-2-nin Çində uçan siçanlarda yaranması ehtimalı əvvəlki kimi fərziyyə olaraq qalır. Bu məməlilərdən insanlar arasında artıq epidemiyaya, məsələn,  2002-ci ildə SARS-CoV-1-ə səbəb olmuş çoxlu koronaviruslar barədə fikirlər dolaşır. Belə ki, virus insanları yoluxdurmaq qabiliyyətindən əvvəl başqa şəkildə (yaxud şəkildən-şəklə) ötürülməli idi. Bununla yanaşı, bu “aralıq sahibi”nin axtarışları ölü nöqtədən hərəkətə gəlməyib. Çinin nə vaxtsa virusun insanlara ötürülməsi yeri kimi göstərilmiş Uxan bazarında satılan heyvanlar arasında götürülmüş analizlər onunla üst-üstə düşməmişdi. “Nə qədər ki, bu virus müəyyənləşdirilməyib və geni hansısa pillədə təkrarlanmayıb, SARS-CoV-2-nin mənşəyi məsələsi həll olunmamış qalacaq”, virusoloq Etyen Dekroli Milli Elmi Araşdırma Mərkəzinin jurnalında qeyd edir. Onun sözlərinə görə, digər alimlərlə həmfikir olaraq, virusun təsadüfən laboratoriyadan çıxması ehtimalını istisna etmək olmaz”, - məqalədə deyilir.

2. Virusun necə ötürülməsi bəlli deyil

“Yaydan başlayaraq bir neçə böyük araşdırmalar dərc edilib. Yoluxmanın əsas yolu ağız suyu damcılarıdır, aerozollar az əhəmiyyətli ötürücülərdir”, - Lozannadakı CHUV Universiteti klinikasının virusoloqu Valeriya Kanyo təsdiq edir. Koronavirusun daha çox yoluxdurucu hesab olunan B.1.1.7 və V2 də daxil olmaqla, genetik variantları oyunun qaydalarını dəyişdirməməlidir", - deyə qeyd olunur.

“Variantlar daha yoluxdurucu hesab olunur, çünki onlar hüceyrə reseptorları ilə ən şəffaf əlaqədə olurlar, belə ki, onların meydana gəlməsi bu cür halların sayının artması ilə uyğun gəlir, ancaq xəstəliyin yayılma yollarının bu və ya digər istiqamətdə dəyişdiyini təsdiq etmək üçün kifayət qədər sübut yoxdur”, – virusoloq əlavə edir.

3. İmmunitetin nə qədər müddət qalacağı məlum deyil

“İlk yaxşı xəbər: hazırkı gündə aparılmış tədqiqatlar təsdiq edir ki, Covid-19-a yoluxmuş insanların təxminən 95 faizində həqiqətən də neytrallaşdıran antitellər hasil olunur. Bir neçə elmi araşdırmalar da onların davamlılığını nəzərdən keçirib”, – Le Temps yazır.

“Biz bilirik ki, SARS-CoV-2-yə qarşı antitel titrlərı xəstəliyin ağırlığından asılıdır. Xüsusən də Cenevənin (HUG) universitet xəstəxanalarının laboratoriyalarında tibbi personal tərəfindən bu yaxınlarda aparılmış iş göstərdi ki, onlar hətta xəstəliyin yüngül forması inkişaf etmiş adamlarda altı aydan sonra aşkar edilə bilər”, – HUG xəstəxanasının virusoloji laboratoriyasının infeksion xəstəliklər üzrə mütəxəssisi Polina Vetter qeyd edir.

Bəzi elementlərə də aydınlıq gətirmək də qarşıda duran məsələlərdəndir: “Biz yeni yoluxmanın qarşısını almaq üçün hələ nə qədər antitel lazım olduğunu bilmirik, – Polina Vetter şərh edir. – Müdafiədə hüceyrə immuniteti də rol oynayır və hazırkı dövrdə məlumdur ki, o, altı aydan sonra təzədən iştirak edir”.

4. Ölüm səviyyəsi hələ dəqiq məlum deyil

“Hazırda Covid-19-dan ölüm səviyyəsi 0,5%-dən 1%-dək dəyişir, Cenevə Universitetinin Tibb fakültəsinin Qlobal Səhiyyə İnstitutunun direktoru Antuan Flao təhlil edir. – Ölüm halları yaşla sıx əlaqəlidir. 80 yaşdan yuxarı şəxslərdə bu 25-50% təşkil edir ki, ahıl yaşda ciddi xəstəlik sayılır. Diabet, hipertoniya, yaxud piylənmə kimi risk qrupuna aid 50-70 yaş arası insanlarda 10 faizə çatır. Qeyd olunmalıdır ki, bu cür xəstəliklər hər şeydən əvvəl əlilliyə gətirib çıxarmır və onlardan demək olar ki, bu yaş qrupundan olan əhalinin yarısı əziyyət çəkir, bu da 2003-cü ildə atipik sətəlcəm kimi ciddi xəstəlikdən ölüm saylarına uyğun gəlir. 50 yaşa qədər olan insanlar arasında ölüm səviyyəsi 1/1000 təşkil edir ki, bu da qrip göstəricisinə yaxındır. Nəhayət, dekabrda Covid-19-dan xəstəxanaya yerləşdirilən uşaqlar arasında aparılaraq dekabrın sonunda dərc edilmiş araşdırma ölüm hallarının mövsümi qripdəkindən on dəfə çox olduğunu göstərib. Buna görə də Covid-19-un ən gənc adamlara təsir etməyəcəyini eşıtdikdə dərhal bu mövzuda dərc edilən yazını yada salmaq lazımdır”.

5. Hansı dərmanlarla müalicə etmək lazım olduğu məlim deyil

Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, Cenevə universitet xəstəxanalarında (HUG) xəstəxanaya yerləşdirilmiş pasiyentlərin əksəriyyətinə deksametazon yazırlar. Bu barədə klinikanın farmakologiya və toksikologiya xidmətinin rəhbəri Karolina Samer elektron məktubda ətraflı izah edir. Onun ağır və kritik vəziyyətdə olan insanlarda ölüm halını və ağciyərin invaziv mexaniki ventilyasiyasına tələbatını azaltdığı göstərilib”, – o, yazır.

“Digər müalicə üsulları da nəzərdən nəzərdən keçirilir, – məqalə müəllifi qeyd edir. Karolina Samer kliniki sınaq nəticələrini gözlədiyi tosilizumab (immunodepressor) və monoklonal antitelinə istinad edir. Hazırda KİV-də məşhur olan iki “möcüzəvi təsirə malik” İvermektin (Antiparazitar vasitə) və kolxitsinə (iltihab əleyhinə vasitə) gəldikdə, Karolina Samer onların perspektiv xüsusiyyətlərini gözdən keçirir: “Kliniki göstəricilər hələ kifayət deyil”.

6.  Bir xəstəlik halının bu qədər ciddi, digərlərinin isə zərərsiz olduğu məlum deyil

“Mövcud sübutlar orqanizmin xəstələrdəki kliniki göstəricini pisləşdirən immun reaksiyasını göstərir. Soyuqdəymə zamanı hüceyrədə siqnalların ötürülməsinə cavabdeh olan zülalların ən çox fəallaşmasıyla nəticələnən sitokin fırtınası vaxtilə üstün versiya hesab olunub. Indi o öz yerini orqanizmə qarşı yönəlmiş, müəyyən antitel rolunu oynaya bilən avtoantitelə verir. Oktyabrda Science (elm) jurnalında nəşr olunmuş tədqiqatda müəyyən olunub ki, COVİD-in ağır formasını keçirən pasiyentlərin 10%-də I tip interferon – soyuqdəymə reaksiyasını stimullaşdıran zülal olur”, – jurnalistlər məlumat verir. “Bu nəticələr göstərir ki, bu cür pasiyentlərdə I tip interferonun iştirak etdiyi anadangəlmə immun cavabının tənzimlənməsinin pozulması müşahidə olunur”, – Valeriya Kanyo izah edir.   

7. SARS-CoV-2 mutasiyaya uğrayır, amma hər şeyi nəzərə alaraq, bu vacib deyil

“Bu yaxınlarda bir neçə mutant virusların təşvişə səbəb olan xüsusiyyətlərlə meydana gəlməsi ilə əlaqədar olaraq problem kəskinləşib. Bu cür təzahür qismən gözlənilən idi, - London Universiteti Kollecinin professoru, genetik Fransua Ballu qeyd edir. – Bu o deməkdir ki, vaksin edilmiş və artıq xəstəliyi keçirmiş adamlar onlarda formalaşan immunitetin hələ də xəstəliyin ciddi simptomları riskini aşağı salmasına baxmayaraq, daha az müdafiə olunmuş ola bilərlər. Hazırda qərb ölkələrində vaksinasiya kampaniyalarında istifadə olunan “RNK-peyvəndləri”nin üstünlüyü ondan ibarətdir ki, onlar ehtiyac yarandıqda virusun yeni ştammlarına asanlıqla adaptasiya olunurlar. Lakin bütün vaksin texnologiyalarına aid deyil”, – Le Temps şərh edir.

8. Uşaqlarda hansı rol oynadığı bəlli deyil

“HUG və Cenevə Universiteti tərəfindən xüsusilə 1000 nəfərdən ibarət 0-18 yaşlı uşaqlarda aparılmış araşdırmaların nəticələri xüsusilə diqqəti cəlb edir: 6 yaşdan yuxarı (23%) uşaqlarda seroloji yayılma səviyyəsi ümumi nəslin demək olar ki, 22 faizinə bərabərdir”, – nəşrin müəllifləri məlumat verir.

“Göstəricilər bizim birinci dalğa vaxtı aşkar etdiyimizdən fərqlənir və bu, güman ki, 2-ci dalğa zamanı məktəblərin açıq qalması faktı ilə izah olunur”, – HUG (Cenevə Universitet Xəstəxanası) populyasiya epidemiologiya şöbəsinin rəhbəri Silviya Strinqini təhlil edir. – Təsdiq olunmuş halların sayına adi baxmaq və uşaqların yoluxmaması barədə nəticə çıxarmaq olmaz. Onlarda simptomsuz formaları tez-tez inkişaf etdikcə, bir o qədər də az yoxlanılırlar.

“Bir sual cavabsız qalır: uşaqların cəmiyyətdə xəstəlik daşıyıcılığında real təsiri necədir?” “Bunu aydınlaşdırmaq üçün ayrı-ayrı məktəblərdə sistematik yoxlamalar təşkil etmək lazım olacaq”, – Silviya Strinqini təhlil edir.

9. Ev heyvanlarının yoluxub-yoluxmaması məlum deyil

“SARS-CoV-2-yə yoluxma halları müəyyən olunmuş heyvanlar: itlər, pişiklər, həmçinin zooparklarda yaşayan su samurları, şirlər, pələnglər və qorillalar”ın siyahısı artmaqda davam edir. Bu, “infeksiyanın insandan heyvana (və əksinə) ötürülməsi, həmçinin su samurları da daxil olmaqla, çöl heyvanlarının həssaslığını göstərir”, - Kənd Təsərrüfatı Tədqiqatı üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzindən epidemioloq Fransua Roje və həmkarları TheConversation saytında yazır. Araşdırma göstərir ki, virusun it və pişiklər arasında yayılması orta səviyyədədir, onun əsasən su samuru fermalarında, xüsusən də Danimarkada çox yayıldığı qeydə alınıb”, – daha sonra qeyd olunur.   

10. Epidemiyanın nə ilə sona çatacağı bilinmir

“Antuana Flaonun fikrincə, “virusla yaşama strategiyası” bizi virusun çox gərgin dövrü ilə 2020-ci ilin iyunundakı səviyyəni də son dərəcə aşaraq yay darvazalarına aparmaq təhlükəsi altına alır. Əgər onun qarşısının alınması üçün heç nə edilməsə, bu daha ciddi sıçrayışlara gətirib çıxara bilər. Bu təhlükə heç bir risk faktoru olmayan (və ardınca peyvənd olunmayan) gənc nəslin başı üstünü ala bilər ki, bu da Avropanı strategiyanı dəyişməyə və onu bir neçə həftə ərzində “covidin 0-lanmasına” və ya öz ərazilərində koronavirusun az yayılmasına hesablanan həlledici ölçü götürməyi qərara almış Asiya demokratiyalarında ruhlanma olan yerlərə çıxarmağa sövq etməyə səbəb ola bilər”.

“London Universitet Kollecinin professoru Fransua Ballu daha optimist fikirlər səsləndirir: “SARS-CoV-2” açıq-aydın olaraq, mövsümi xarakter daşıyır, ona görə də xəstələnmə hallarının sayının yazda azalacağını gözləmək olar, növbəti yay fəslində isə əhalinin vaksin sayəsində qazandıqları immunitet yeni dalğanın geniş vüsət almasından qaçmaq üçün kifayət edəcək. Yeri gəlmişkən, genetik hesab edir ki, virus endemik formaya keçə bilər, bu isə o deməkdir ki, biz qripdə olduğu kimi, mövsümi epidemiyalarla üzləşməkdə davam edəcəyik”, – Le Temps Yekun vurur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner