Banner
Banner

Vakansiya

“Zeytun Pharmaceuticals” şirkəti işçilər axtarır – VAKANSİYA

“Zeytun Pharmaceuticals” şirkəti işçilər axtarır – VAKANSİYA
19:24 2 May 2021

Şirkət: “Zeytun Pharmaceuticals”

Vakansiya: Daxili Təchizat üzrə mütəxəssis və anbarda qəbulçu/qablaşdırıcı

Daxili Təchizat üzrə mütəxəssisə dair

Ümumi tələblər:

• Ali təhsil;

• Tibbi preparatlar üzrə biliklər mütləqdir;

• Satınalma üzrə 2-3 il iş təcrübəsi;

• Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;

• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;

• Dəqiqlik, operativlik;

Vəzifə öhdəlikləri:

• Yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;

• Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;

• Sifarişlərin təşkili və idarə edilməsi;

• Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;

• Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;

• Bazarın təhlili, tələb olunan məhsulların daxili bazarda araşdırmasının aparılması;

• Anbar qalığına, qalığının istifadə müddətinə nəzarət edilməsi;

• Alınan çeşidlər üzrə sənədlərin yoxlanılması;

• Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;

• Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;

• Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;

• Ödəniş hesabatlarının hazırlanması, ödənişlərə nəzarət edilməsi;

• Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;

İş şəraiti:

• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

• Nahar şirkət tərəfindən təmin olunur;

• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Anbarda qəbulçu/qablaşdırıcı üzrə şərtlər

Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.

Tələblər:

- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;

- Rus dilində sərbət oxuma qabiliyyəti;

- Kompüterdən istifadə bacarığı;

- Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər);

- Yaş həddi: 22-40;

- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.

İş şəraiti:

- İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;

- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;

- Nahar şirkət tərəfindən təmin edilir;

- Əmək haqqı: 450 AZN

Maraqlanan şəxslər CV-ni [email protected] e-mail ünvanına göndərə bilərlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner