Banner
Banner

Vakansiya

“Zeytun Pharmaceuticals” MMC işçi axtarır - VAKANSİYA

“Zeytun Pharmaceuticals” MMC işçi axtarır - VAKANSİYA
17:23 24 May 2021

Şirkət: “Zeytun Pharmaceuticals” MMC

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

Ümumi tələblər

• Ali təhsil;

• Yaş həddi: 21-28;

• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;

• AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;

• İnformasiyanın təhlili və analiz etmək bacarığı;

• Azərbaycan dili, İngilis və Rus dili bilikləri üzrə biliklər;

• Xanım namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri

• E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;

• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi;

• Əmək haqqı kartlarının sifariş olunması;

• Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;

• İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;

• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması;

• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;

• Şirkətə daxil olan məktub, ərizə, arayış, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılması və icrasının təmin edilməsi;

• Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;

İş şəraiti:

• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

• Nahar şirkət tərəfindən təmin olunur;

• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner