Banner
Banner

Vakansiya

”Zeytun Pharmaceuticals” MMC işçi axtarır - VAKANSİYA

”Zeytun Pharmaceuticals” MMC işçi axtarır - VAKANSİYA
19:14 18 Fev 2021

Şirkət: ”Zeytun Pharmaceuticals” MMC

Vakansiya: Satınalma üzrə Menecer

Ümumi tələblər:

• Ali təhsil;

• Tibbi preparatlar və tibbi avadanlıqlar üzrə biliklər mütləqdir;

• Satınalma üzrə 2-3 il iş təcrübəsi;

• Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;

• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;

• Dəqiqlik, operativlik;

Vəzifə öhdəlikləri:

• Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;

• Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;

• Sifarişlərin təşkili və idarə edilməsi;

• Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;

• Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;

• Bazarın təhlili, tələb olunan məhsulların daxili və xarici bazarda araşdırmasının aparılması;

• Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;

• Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;

• Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;

• Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;

• Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;

İş şəraiti:

• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

• Nahar şirkət tərəfindən təmin olunur;

• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner