Banner
Banner

Vakansiya

"Respublika Diaqnostika Mərkəzi" ASC işçi axtarır - VAKANSİYA

"Respublika Diaqnostika Mərkəzi" ASC işçi axtarır - VAKANSİYA
20:00 22 Fev 2021

Şirkət: "Respublika Diaqnostika Mərkəzi" ASC

Vakansiya: Həkim-mama-ginekoloq

Vəzifə üzrə öhdəliklər

• Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır.

• Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir.

• Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir.

• Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət verir.

• Ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak edir.

• Ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil edir.

• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

• Sanitar-maarifləndirmə işini aparır.

• Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

• Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

Tələblər:

• Ali tibbi təhsil

• İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;

• Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “mama-ginekologiya” ixtisası üzrə peşə hazırlığı keçməlidir;

• Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;

• Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;

Maraqlananlar CV-lərini [email protected] ünvanına “mövzu” yerində “Həkim-mama-ginekoloq” qeyd edərək göndərə bilərlər.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner