Banner
Banner

Vakansiya

“PMD Hospitality” MMC işçi axtarır - VAKANSİYA

“PMD Hospitality” MMC işçi axtarır - VAKANSİYA
19:01 24 Aprel 2021

Şirkət: “PMD Hospitality” MMC

Vakansiya: Tibbi nümayəndə

Vəzifə öhdəlikləri:

- PMD Hospitality klinikalarının və sanatoriyalarının xidmətləri barədə, Azərbaycan təbiətinin unikal istifadə olunan təbii müalicəvi elementlərini potensial pasient və tibbi müəssisələr arasında təbliğ etmək;

- Təbliğat proqramları hazırlayıb gündəlik tibbi müəssisələri ziyarət etmək,

- Yeni potensial pasientlərin tapılması və tərəfdaş şəbəkəsinə daxil edilməsi;

- Potensial pasientlərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;

- Təşviqat aksiyaları və kampaniyalar haqqında mövcud və potensial pasientləri və tibbi müəssisələri məlumatlandırmaq;

- Bazar araşdırması, sektorda baş verən dəyişikliklər, ölkə ərazisində sanatoriya və oxşar klinikaların fəaliyyətinin kommersiya təhlili, klinika və sanatoriyanın bazarda olan kommersiya mövqeyinin qorunması, yüksəldilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlərin aparmaq;

- Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;

- Rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;

Namizədə tələblər:

- Ali təhsili olan (ali tibbi təhsili olanlara üstünlük verilir, Kardiologiya, Nevrologiya, Urologiya və Dermatologiya sahələri üzrə);

- Tibbi preparatlar və ya xidmətlərin satışı sahəsində ən azı 2 il təcrübəsi olan;

- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;

- Biznes etikası və biznes görünüşə sahib olan;

- Müştərilərlə sıx və yüksək səviyyəli münasibət quran;

- Fikrini dəqiq, konkret və əminliklə təqdim etmə bacarığı olan;

- Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;

- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

- Ölkə daxili ezamlara hazır olmaq;

- MS Office proqramlarını (MS Word, MS Excel, MS Powerpoint);

- Dil bilikləri olan (Azərbaycan və Rus dili mütləqdir, İngilis dili arzu olunandır);

İşçinin təminatları:

- Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;

- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;

- PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;

- Təlim və inkişaf proqramlarında iştirak imkanları;

- Tibbi sığorta;

- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner