Banner
Banner

Vakansiya

“Macrobiosis Antiage & Esthetic Center” işçi axtarır – VAKANSİYA

 “Macrobiosis Antiage & Esthetic Center” işçi axtarır – VAKANSİYA
19:49 17 Fev 2021

Şirkət: “Macrobiosis Antiage & Esthetic Center”

Vakansiya: Həkim Fleboloq

 

İş elanı

 

İnsanlarımızı öz sağlamlıqlarına investisiya qoymağa həvəsləndirən “Macrobiosis Antiage & Esthetic” klinikası Fleboloq vakansiyası elan edir. Biz inanırıq ki, yeni əməkdaşımız öz bilik, bacarıq və təcrübəsi sayəsində müxtəlif xəstəliklərin və patologiyaların inkişafının qarşısını alaraq insan sağlamlığının və uzunömürlülüyünün qorunmasını, həmçinin insanların daha da gözəl görünmələrinə nail olmaqla onların həyat keyfiyyətini artırmağı özünə məqsəd qoyan klinikamızın bu ülvi missiyasına əhəmiyyətli töhfələr verəcəkdir

 

Əmək funksiyası

 

- Damarların xarakteristikasına aid olan dəyişiklikləri müəyyən edir

- Pasiyentin ətraflı anamnezini (varikoz damarlarından əziyyət çəkən qohumlar varmı; varikozun ağırlaşdıran səbəblərdən oturaq iş və passiv həyat tərzi keçirilirmi; hamiləlik və ya doğuş olubmu və s.) araşdırır

- Tamamilə ağrısız və qeyri-invaziv prosedur olan Rəngli Doppler vasitəsi ilə damarlarının funksional vəziyyətini qiymətləndirir

- Pasiyent haqqında lazım olan bütün məlumatları bilən həkim, instrumental tədqiqat üsullarını sərf edərək, varikoz damarların diaqnozunu qoyur

- Müalicəni təyin edir (müalicə konservativ üsullarla və ya zəruri hallarda əməliyyatla aparılır)

- Varikoz damarların ağırlaşmasının qarşısını almaq üçün tövsiyələr verir

- Xəstəlik barədə qeydlərini komputerə daxil edir

- Yüksək müştəri xidmətinin göstərilməsi və müştəri bazasının daim genişləndirilməsi

 

Namizəd seçimi üçün tələblər

 

- Ali və internatura təhsili

- Peşəsi üzrə minimum iki il təcrübəsi

- Pozitiv və yüksək ünsiyyət bacarığı

- Yüksək xidmət və müştəri məmnuniyyəti (həm xəstə, həm də xəstə yaxınlarına qarşı) yanaşması

- Yaxşı komanda oyunçusu

- Pasiyent bazası olanlara üstünlük verilir

 

İş qrafiki: Bazar ertəsi - şənbə günləri, hər gün 5-6 iş saatı (həftə ərzində 40 saatı keçməməklə), asudə vaxtı saat 13:00-dan 14:00-dək olmaqla işləyir

 

Hesabat verdiyi şəxs: Baş həkim və Administrativ menecer

Müqavilə növü: Xidməti və ya Əmək müqaviləsi

Xidmət / Əmək haqqı: Qarşılıqlı razılaşma yolu ilə

Benefitlər: Özü və yaxın ailə üzvləri üçün klinikanın imkanlarından 20% endirimli faydalanmaq imkanı, Pulsuz avtomobil dayanacağı

 

Ünvan: Akademik Şəfaət Mehdiyev küç 129, Yasamal ray., Bakı şəh.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner