Banner
Banner

Vakansiya

“Leyla Medical Center” MMC işçi axtarır – VAKANSİYA

“Leyla Medical Center” MMC işçi axtarır – VAKANSİYA
19:06 18 Fev 2021

Şirkət: “Leyla Medical Center” MMC

Vakansiya: pediatrik təcili tibb yardim həkimi

Əmək haqqı: Müsahibə əsasında

Staj: 2 il

Yaş həddi: 25 — 45 yaş

İş rejimi:  Tam iş günü (5 gün)

Müqavilə: Əmək müqaviləsi

Vəzifə və Öhdəliklər:

Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;

Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir;

Pediatrik təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir;

Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir

Tələb olunan bilik və bacarıqlar:

Ali təhsil;

Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan

ABC Reanimasiya

IVL aparatında iş

EKQ

Dil bilikləri:

 Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;

 Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);

 İngilis dili arzu olunandır;

Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;

Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;

Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;

Komanda ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner