Banner
Banner

Vakansiya

“CLINIC MEDICAL MMC” şirkəti işçi axtarır - VAKANSİYA

“CLINIC MEDICAL MMC” şirkəti işçi axtarır - VAKANSİYA
18:35 8 Mart 2021

Şirkət: “CLINIC MEDICAL MMC”

Vakansiya: Product Manager

İş barədə məlumat:

- Şirkətin məhsullarına (tibbi avadanlıq və tibbi sərf materialları) müvafiq strategiyaların və taktikaların hazırlanması;

- Tədqiqatın təşkili və aparılması, bazar təhlili, xarici və daxili analoqların və rəqiblərin

öyrənilməsi;

- Rəqiblərin araşdırılması və analizlərin aparılması;

- Məhsul prezentasiyaların hazırlanması və tədris prosesinin təşkili;

- Məhsul portfelinin optimallaşdırılması;

- Məhsullar üzrə anbar qalıqlarının idarə olunması;

- Məhsulların qiymətlərinin, ticari şərtlərin müəyyən olunması;

- Marketinq kampaniyalarının (endirim aksiyaları və digər) həyata keçirilməsi;

- Promosiya materiallarının hazırlanmasını təşkil etmək;

- Layihə menecerləri, inkişaf qrupları, tibb təşkilatları ilə sıx əlaqə;

- Məhsullar haqqında məlumatları tibbi nümayəndələrə çatdırmaq;

- Görülən iş barədə vaxtında hesabat vermək;

- İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00

- Əmək haqqı: 1500azn-2000azn

Namizədə olan tələblər:

- Product meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi (tibbi məhsullar üzrə)

- Tibbi avadanlıqlar, tibbi sərf materialları haqqında ətraflı təcrübəyə malik olmaq;

- Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq bacarığı;

- Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;

- Layihə idarəetmə, Təqdimat bacarığının olması;

- Dinamiklik, liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;

- İşində məsuliyyətli olmalı;

- Ali təhsil (marketinq sahəsində, habelə əczaçılıq və ya tibbi təhsili olan namizədlər nəzərə alınır);

- İngilis dilini bilmək

- Yaş həddi: 30-38 arası

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner