Banner
Banner

Vakansiya

“Clinic Medical MMC” işçilər axtarır – VAKANSİYA

“Clinic Medical MMC” işçilər axtarır – VAKANSİYA
17:18 7 Aprel 2021

Şirkət: "Clinic Medical MMC"

Vakansiya: Tibbi avadanlıqlar üzrə texniki servis meneceri

İş barədə məlumat

• Texniki servis işlərinin həyata keçirilməsinə, iş keyfiyyətinə nəzarət etmək, xidmət əməliyyatlarında zəruri prosesləri həyata keçirmək;

• Tibbi cihazların quraşdırılması və istifadəsi ilə bağlı texniki xidmət və təmir prosesini təhlil etmək və yönləndirmək;

• Texniki xidmət tədbirlərinin işlənib hazırlanmasına və təkmilləşdirilməsinə töhfə vermək, layihələrdə bütün texniki xidmət aspektlərini idarə etmək və onları həyata keçirmək;

• Müştəri istəkləri əsasında servisin mənfəətinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirmək, müştəri şikayətlərini qəbul və tətqiq etmək;

• Aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər planı hazırlamaq və yönləndirmək;

• Fəaliyyətin optimallaşdırıldığına, avadanlıqların etibarlılığının və icra göstəricilərinin təkmilləşdirildiyinə təminat vermək üçün texniki xidmət cədvəlinin düzgünlüyünü təmin etmək;

• Podratçılar və təchizatçılar üçün texniki xidmət strategiyası planlarını nəzərdən keçirmək, texniki xidmət planlarını və qrafiklərini işləyib hazırlamaq və onların icrasına təminat vermək;

• Tamamlanma və avadanlıqların qəza təmirindən əldə olunan təcrübəni texniki xidmət cədvəllərinə və lazım gəldikdə, plandankənar texniki xidmətə daxil etmək;

• Texniki xidmət vasitələri, xüsusi alətlər və texniki xidmət üzrə sərfiyyat materiallarının saxlanılması və izlənilməsinə görə məsuliyyət daşımaq;

• Servisin gəlirliliyini artırmaq üçün sistemli şəkildə fəaliyyət göstərmək;

• Standart sevis məhsulları yaratmaq, qiymət siyasətini müəyyən etmək;

• Layihələr üzrə servis maya dəyərinin hesablanması, yekun qiymətin qoyulması üçün rəhbərliyə təkliflərin verilməsi.

Namizədə olan tələblər:

• Ali texniki təhsil;

• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;

• Kompüter bilikləri (MS Office);

• Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;

• Kollektivlə işləmə bacarığı;

• Operativ, gördüyü işə cavabdehlik;

• Yaş həddi: 25-38 arası;

• İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00

• Nahar şirkət tərəfindən qarşılanır.

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner