Banner
Banner

Vakansiya

“AzeriMed LLC”  işçi axtarır – VAKANSİYA

“AzeriMed LLC”  işçi axtarır – VAKANSİYA
20:10 24 Fev 2021

Şirkət: “AzəriMed“ QSC

Vakansiya: İnsan resursları üzrə mütəxəssis

Tələblər :

- Ali təhsil;

- Yaş həddi : 25-35

- İş təcrübəsi: minimum 3 il (İstehsalat təcrübəsi üstünlükdür)

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;

- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliklərin olması;

- MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;

- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,əmək haqqı hesabalama,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)

- Səhiyyə portalında işləmək bacarığı (üstünlükdür)

- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;

- Stresə davamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;

- Problemləri təhlil və həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələri təşkil edlməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;

- İşə qəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;

- İşçilərin şəxsi işlərinin formalaşdırıb qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının yerinə yetirilməsi;

- İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;

- İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarətin edilməsi;

- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarətin edilməsi və s.

- Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaları təşkil və nəzarətin edilməsi;

- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;

- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00, ayın bir şənbə günü: 09:00-14:00

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi.

Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrüblərinə əsasən təyin ediləcək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner