Banner
Banner

Vakansiya

“Ateshgah Sigorta” şirkəti işçilər axtarır - VAKANSİYA

“Ateshgah Sigorta” şirkəti işçilər axtarır - VAKANSİYA
19:42 12 Mart 2021

Şirkət: Ateshgah Sigorta

Vakansiya 1: Həyat sığortası şöbəsinin mütəxəssisi

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Namizədə tələblər:

Təhsil: Ali tibb (mütləqdir)

Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)

Microsoft Office proqramlarını bilmək

Bazar iqtisadiyyatının prinsplərini bilmək

Riyazi biliklərə və analitik düşüncəyə malik olması

Sığorta qanunvericiliyini bilmək

İş təcrübəsi – Sığortası sahəsində olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

Satış bloklarından daxil olan sorğuların cavablandırılması

Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması

Sığorta məhsullarının hazırlanmasında iştirak

Bütün sığorta xidmətləri və məhsulları üzrə istifadə olunacaq tarif cədvəllərinin hazırlanmasını təmin etmək;

Şəxsi keyfiyyətlər:

Riyazi biliklərə və analitik düşüncəyə malik olması

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır

İş vaxtı 09:00 – 17:30

İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Əmək haqqı : 700 azn

Vakansiya 2: Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (gecə növbəsi).

Namizədə tələblər: Yaş: 21-40

Təhsil: Ali, tibb təhsili mütləqdir (rezidenturada işləyən namizədlər müraciət edə bilər)

İş təcrübəsi: arzuolunandır

Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), ingilis dili (yaxşı) mütləqdir

Əsas vəzifə öhdəlikləri:

Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək

Sığortalı müştərilər üçün tibbi yardımın təşkili

Tibbi və sığorta sənədləşdirilməsinin aparılması

Müraciətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək

Gün ərzində tibbi xidmətdən yararlanan sığortalanan şəxslərin məmnuniyyət dərəcəsini qiymətləndirmək

Hesabatlar tərtib etmək

Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır

İş vaxtı: 6/1: (qrafiklə) , 9:00-16:00

Əmək haqqı:300 – 400 azn(iş təcrübəsindən asılı olaraq)

Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun. CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin. Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin. CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir. Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner