Banner
Banner

Kişi Xəstəlikləri

Xurma və suyun ana südü ilə - OXŞARLIĞI

Xurma və suyun ana südü ilə - OXŞARLIĞI
13:45 2 May 2021

Uzun muddətli aclıqdan sonra ilk istək mədəni doldurmaq deyil, enerji azlığını bərpa etmək  və su ehtiyacını ödəmək olur.

Tibb.fed.az həkim-pediatr Aytən İsmayılzadəyə istinadla bildirir ki, tez bir vaxtda enerjiyə çevrilən maddə şəkərdir. Şəkərin həzmi də ağızdan başlayır: “Şəkər qəbul edən kimi gözumuz sanki açılır, halsızlıq aradan qalxır. Özumuzə gəlirik. Bundan sonra isə əlbəttə yağlı və zülallı qidalar qəbul etməliyik ki, bədənimizdəki biokimyəvi proseslərin əsas maddələri, hüceyrələrimizin divarı, dərialtı piy toxumamız, öz karkasımız yerində olsun, uzun muddətli aclığa hazır olaq. Təkcə Ramazan ayında deyil, bu, həmişə belədir. Sadəcə fərqində olmuruq. Evə ac gələn kimi birinci çörəkdən başlayırıq. Çunki çörək də  şəkərdi. Həqiqi ac olan adam qarşısında çörəkdən  az da olsa yemədən kabab gözləməz”.

Həkim-pediatr qeyd edir ki, ana südü də məhz belədir. Ön və arxa süd ayırd edilir. Ön süd sulu və şəkərli olur.  Uşaq ac olduqda şəkəri düşür və bu onda ilk vaxtda oyanıqlıq yaradır. Ağlayır, anasını çağırır. Bu zaman şirin su versəniz də ilk vaxt qane ola bilər:  “Amma əlbəttə, belə etmək olmaz. Çunki ana döşündə şirin su körpəni gözləyir. Şəkəri qəbul edən körpə sakitləşsə də, hələ doymur. O, hələ sakitdir. Və arxa südü də əmərək zulallı və yağlı hissəsini qəbul edir. Yağlar onu sonrakı bir neçə saatda tox tutur, zulallar isə onu böyüdür. Ona görə də bir döşu verərkən sonadək vermək lazımdır ki, uşaq həm şəkər, həm yağ , həm protein  almış olsun. Yalnız hər iki döşdən ön süd əmən uşaq tez tez axacaq və yaxşı inkişaf etməyəcək. Çunki sanki o, xurma və su ilə dolanmış olacaq”.

Körpələrin yuxusunu pozan - ƏSAS SƏBƏBLƏR

Ramazanda isə xurma və su ona görə lazımdır ki, əsas yeməklərə keçəndə acgözlüklə, səbrsiz şəkildə keçilməsin. Şəkər  xurma hesabina normal səviyyəyə qalxsın,  insanın aqressiyası azalsın və o yeməkləri tələsmədən  yesin.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner