Banner
Banner

Kişi Xəstəlikləri

“Ölkədə körpələrin ultrasəs müayinəsində böyük boşluqlar var”  taninmiş həkim ekspertdən -  AÇIQLAMA

“Ölkədə körpələrin ultrasəs müayinəsində böyük boşluqlar var”  taninmiş həkim ekspertdən -  AÇIQLAMA
11:16 7 May 2021

“Pediatrik ultrasəs müayinəsi ilə Türkiyə kimi ölkədə radioloqlar çox məşğul olmur. Səbəbi uşaqların müayinəsinin böyüklərə nisbətən daha çox vaxt aparması, körpələrin ağlaması və hərəkətli olmasıdır. Pediatrik müayinə zamanı 6 aya qədər bud-çanaq, bir yaşına kimi transfrontal və digər qarın boşluğu orqanlarının müayinəsi nəzərdə tutulur”.

Tibb.fed.az bildirir ki, bu barədə ölkənin tanınmış həkim ekspert Nazim Allahverdi açıqlama verib. Onun sözlərinə görə, pediatrik ultrasəs müayinəsi içərisində ən çətin müayinə bud-çanaq dispilaziyalarını düzgün dəyərləndirməkdir. “Ölkəmizdə bu sahədə çox böyük boşluq var. Türkiyədəki  təcrübəmdən deyə bilərəm ki, bu sahəyə diqqət artırılmalı və bütün dövlət xəstəxanalarında yenidoğulmuşların bud-çanaq müayinəsi tətbiq edilməlidir. Bud-çanaq çıxığı nə qədər tez aşkar olunub müalicə edilə bilsə minlərlə uşağı normal həyata qaytarmaq mümkündür. Gec aşkar edildikdə, sonrakı yaşlarda daha ağır fəsadlara gətirib çıxara bilər. Bunun üçün ən optimal vaxt 2-6 ay arasında müayinədən keçməkdir”.

N.Allahverdi vurğulayıb ki, daha sonra körpələrdə transfrontal ultrasəsin köməyi ilə beyinin inkişafı və normal quruluşu qiymətləndirə bilər. Körpənin beynində hər hansı bir anomaliyanın, həmçinin beyində qanaxma olub-olmaması bu müayinə ilə müəyyən edilə bilər.

Ultrasəs körpə üçün tam zərərsiz bir müayinə üsuludur.

Tiroid ultrasəsi, vaxtından əvvəl doğulmuş körpələrdə və yenidoğulmuşlarda tələb olunur. USM müayinəsi ilə tiroid vəzinində hər hansı bir patologiyanı erkən aşkar etmə imkanı yaranır. Bu səbəblərdən körpələrdə tiroid ultrasəsi də aparılmalı və tiroid vəzi qiymətləndirilməlidir.

Pediatrik müayinə zamanı uşaqların qarın boşluğu orqanları, böyrəkləri, plevral boşluqları, kiçik çanaq orqanlarıda dəyərləndirilib erkən diaqnoz qoyula bilər.

“Uşaqlar üçün ultrasəs müayinəsi təcrübəli radioloqlar tərəfindən aparılmalıdır. Prosedur ağrısızdır və radiasiya olmadığı üçün xəstəliklərin diaqnostikasında çox geniş istifadə olunur”. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner