Banner
Banner

Kişi Xəstəlikləri

İştahı olmayan uşaqlara yemək verməyin – PEDİATRDAN QIZIL KİMİ 4 MƏSLƏHƏT

İştahı olmayan uşaqlara yemək verməyin – PEDİATRDAN QIZIL KİMİ 4 MƏSLƏHƏT
11:00 15 Aprel 2021

Həkim-Pediatr Dr.Tərlan Əyyubov övladı yemək yemək istəməyən valideynlərə tövsiyələr verib. Pediatr iştahı olmayan uşaqların məcbur şəkildə yedizdirilməsinin əleyhinə olduğunu bildirib.

Tibb.fed.az Həkim-Pediatr Dr.Tərlan Əyyubovun dəyərli məsləhətlərini təqdim edir:

“1. Uşaqlarınızı zorla yedizdirməkdən çəkinin! İmkan verin uşaq orqanizmi, xüsusən də onun beyni aclıq hissini hiss etsin, qidalanma davranişi, reflekslər formalaşsın.

2. Gün rejimi tərtib edin! Uşaqların qaldığı, getdiyi qohum-əqrəbalar, dayələri bu gün rejimi ilə tanış edin və riayət olunmasına çalışın. Qidalanmanı rejimə salın, yəni eyni saatlarda yemək verin.

3. Yeməyən uşağı yeməklər arası qidalandırmağa çalışmayın! Yeməyən uşağa gidalar arasında rejimə düşənədək adi sudan başqa heç ne verməyin, xüsusilə də, karbohidratlarla (şəkərlə) zəngin qidalar - yəni, çörək, konfet, bişmələr, şirin, kəm-şirin, azacıq-şirin, mürəbbə məti, bal, meyvə, sok, şirələr, qoz-fındıq, peçenye, və s.

4. Qidalar arası uşaqların iştahasını yaxşılaşdırmaq üçün aktiv oyunlardan (qaçmaq, tullanmaq, və s.) istifadə edin”.

Pediatr bu qaydalara ciddi riayət etdikdə adətən 10 gündən sonra orqanizmdə qidalanma refleksinin yarandığını və təyin olunmuş saatlarda uşaqların (nəinki uşaq hətta böyüklər də) acdığını bildirib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner