Banner
Banner

Kişi Xəstəlikləri

Böyrək daşları ilə cinsi həyat arasında birbaşa əlaqə - VARMI?

Böyrək daşları ilə cinsi həyat arasında birbaşa əlaqə - VARMI?
14:40 23 Fev 2021

Tanınmış Uzman Uroloq-Androloq Ülviyyə Əliyeva “tibb.fed.az”a böyrək daşlarının cinsi həyata təsirindən danışıb.

“Böyrək daşlarından yaranan ağrı xəstədə diqqəti yayındırmağa və cinsi istək çatışmazlığına səbəb ola bilər. Amma böyrək daşları ilə cinsi həyat arasında birbaşa əlaqə yoxdur”. Uzman doktor Ülviyyə Əliyevanın sözlərinə görə, xəstələr əslində ağrı hiss etmədikləri zaman cinsi həyatlarında heç bir problem yaşamırlar.

“Sidik kisəsinə düşən daşlar penisdə ilişməyə səbəb ola bilər. Bu təbii olaraq cinsi problemlərə səbəb ola bilər. Bunun qarşısını almaq üçün bol maye içmək məsləhət görülür”.

Ü.Əliyeva bildirir ki, bəzən daşın penisdə qalması hallarında daş kapilyarlarda qan dövranına da təsir edə bilər. Bu səbəblə cinsi istəksizlik və ereksiya problemləri yarada bilər. Cinsi problemləri olan xəstə dərin araşdrılmalı, xəstəlik tarixçəsi diqqətlə dinlənilməlidır. Əsas problem həll olunmayacağı təqdirdə müalicə yetərsiz qalacaq.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner