Banner
Banner

Uşağa qulluq

Körpələrin yuxusunu pozan - ƏSAS SƏBƏBLƏR

Körpələrin yuxusunu pozan - ƏSAS SƏBƏBLƏR
13:36 2 May 2021

Düzgün yuxu rejimi uşaqların sağlam böyüməsində əsas faktorlardan biridir. Yuxunun vaxtı balacaların yaş kateqoriyasından asılı olaraq dəyişir. Yeni doğulan körpələr üçün gün ərzində 20-22 saat yuxu normal hesab olunur.

Yaya doğru yaxınlaşdıqca bəzi uşaqlarda yuxu rejiminin pozulması müşahidə edilir.

Tibb.fed.az bildirir ki, bu həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Yayın gəlişi ilə əlaqədar olaraq valideynlər həm uşaqların iştahının azalması, tərləmənin artması və yuxularının narahatlığından şikayətlənirlər. Uşağın yuxusuna təsir göstərən bir sıra səbəblər var. Günün uzanması ilə əlaqədar uşaqların aktiv oyunlarla məşğul olması onlarda sinir oyanıqlığına səbəb olur və bu, onların yuxusunu pozur. Həmin uşaqlar yuxuya çox gec gedirlər”.

Uşaqların yatdığı otaqların sərin olması da vacib şərtlərdən biridir. Bundan başqa bəzi valideynlər övladlarını gündüz saatlarında yatmağa məcbur edirlər. Mütəxəssislər isə bunun yanlış olduğunu bildirirlər. Uşaqların yuxu rejimini normaya salmaq üçün yatmazdan əvvəl onların məşğuliyyətlərinə və oyunlarına fikir vermək də lazımdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner