Banner
Banner
Dr Seymur Mehtiyev
Dr Seymur Mehtiyev
Uroloq
17 il iş təcrübəsi

Haqqında

Uroloq-androloq, cərrah.

İş təcrübəsi: 14 il

İş yeri

Funda Hospital (Ünvan: Bakı ş. Nərimanov r-nu, İsmayıl Hidayətzadə  küç.163 )

Telefon

(+99450) 555-20-30

(+99412) 555-44-30

Təhsil

Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən dr. Seymur Mehtiyev, Uroloq-Androloq ixtisası üzrə çalışdıqdan sonra öz ixtisasını daha da təkmilləşdirmək üçün İstanbul Universitetinin Tibb fakultəsinin Urologiya-Andrologiya kafedrasında fəaliyyət göstərmişdir.

Türkiyədə olarkən bir çox xəstəxanalarda və klinikalarda həm terapevtik, həm də ən yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak etmiş və nailiyyətlər qazanmışdır.

Avropa Uroloqlar Cəmiyyətinin, Türkiyə Uroloqlar Cəmiyyətinin və Türkiyə Androloqlar Cəmiyyətinin həqiqi üzvü olan Dr. Seymur Mehtiyev İspaniya, Çexiya və Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda iştirak etmiş və məruzələr hazırlamışdır. 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində Endourologiya üzrə müşahidəçi olmuşdur.

Namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan, ingilis, türk, rus dillərini bilir.

Dr. Seymur Mehtiyev Bakının bir neçə səhiyyə müəsisələrində çalışmış, topladığı təcrübələr sayəsində böyük nailiyyətlər qazanmışdır. 2015-2016-cı illərdə Real Hospitalda uroloq-androloq, eyni zamanda bu klinikanın baş həkimi, 2016-2018-ci illərdə Grand Hospitalda uroloq-androloq vəzifəsində çalışmışdır. Hal-hazırda fəaliyyətini Funda Hospitalında uroloq-androloq cərrah kimi uğurla davam etdirməkdədir.

Dr. Seymur Mehtiyev 2015-ci ildə Fransanın məşhur Medipol Hospitalında böyrək daşlarının Flexible lazerlə müalicəsi kursunda iştirak etmiş, birbaşa canlı böyrək daşı əməliyyatlarını həyata keçirmişdir.

2017-ci ildə Rusiyanın  Moskva və 2018-ci ildə Hollandiyanın Amsterdam şəhərlərində beynəlxalq tibbi konfranslarda iştirak etmiş, Endourologiya üzrə son yenilikləri öyrənmişdir.

Oper. Dr. Seymur Mehtiyev həmin ilin senytabr ayında  İstanbulda, Türkiyə Endouroloji dərnəyinin həyata  keçirdiyi "1e1 Yerində Canlı Laparoskopi"  kursunda iştirak etmişdir.

Laparoskopiyada müasir üsul əməliyyatların tətbiqiylə məşğul olan həkimlərlə birlikdə həyata keçirilən əməliyyatlarda təcrübəsini artıran Seymur Mehtiyev, laparoskopik böyrək əməliyyatlarını ölkəmizdə gerçəkləşdirməkdədir.

2019-cu il may ayında Çexiyanın paytaxtı Praqada "Böyrək daşlarının endoskopik müalicəsi" kursunda iştirak etmişdir.

Bu illərdə davamlı olaraq Avropada beynəlxalq konqreslərdə və kurslarda iştirak edir. Qazanılan yeni təcrübəni müvəfəqiyyətlə ölkəmizdə tətbiq etməkdədir.

Icra etdiyi prosedurlar

XİDMƏTLƏR

Varikoselin mikrocərrahi müalicəsi

Plazma Kinetik vasitəsilə Prostat adenomasının müalicəsi

PNL - Böyrək daşlarının qapalı çıxarılması

Böyrək daşlarının Flexible lazerlə çıxarılması

URS - Sidik axarı daşların çıxarılması

Laporoskopik urologiya (böyrək əməliyyatlarının kəsiksiz icrası)

Prostat vəzinin adenoması

Kriptorxizm – xayaların enməməsi

Kişi sonsuzluğu

Erektil disfunksiya (impotensiya)

Prostatit

Peyroniye – penis əyriliyi

Erkən boşalma

İnkontinans

Cinsiyyət orqanlarının protezləşdirilməsi

Hidrosel

Qasıq yırtığının əlamətləri və müalicəsi

RİRS Əməliyyatı – Böyrək daşlarının sidik axarından daxil olaraq çıxardılması

Rəy bildir

Reyting əlavə et:
Banner