Banner
Banner
Dr. Araz Bayramov
Dr. Araz Bayramov
Uroloq
19 il iş təcrübəsi

Haqqında

Uroloq-androloq cərrah,

“Buta Clinic”in baş həkimi

İş yeri: Buta Clinic (Nərimanovda Yəhya Bakuvi 48, Odlar Yurdu Universiteti ilə üzbəüz)

Telefon:

(+99412) 511-10-99

(+99455) 255-55-45

İş saatı:

08:30-19:30

Fransa Uroloq Androloq mütəxəssisi Araz Bayramov 2005-2010-cu illərdə Fransanın Lion şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində Uroloji Mütəxəssislik Uzmanlığını keçib. 2010 –cu ilin sentyabr ayında Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) adına layiq görülüb. Dr. Araz Bayramov Fransada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik və nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb. Hazırda Buta Clinic-də Medikal Direktor və Uroloq Androloq Cərrah kimi çalışır.

Bu illər ərzində (2005-2010) Fransada bir çox diplomlarla təltif olunub:

Laparoskopik Uroloji Cərrahiyyə, Laparoskopik Cərrahiyyə, MikroCərrahiyyə, Kliniki Andrologiya, MasterClass Urology, Master Elmi Dərəcəsinə nail olur.

01.11.2010 – 01.05.2011-ci illərdə Mərkəzi Gömrük Hospitalında uroloq-cərrah işləyib;

2010-cu ilin noyabrında Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji əməliyyat həyata keçirib.

01.05.2011-ci ildən Oksigen Kliniki Xəstəxanasının Urologiya-Andrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

01.10.2014 cü ildən etibarən Baku Clinic də Cərrahiyyə və Urologiya Şöbəsinin müdiri vəzifəsində çalışır.

2013 cü ilin oktyabrında Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.

Hazırda Buta Clinic-də Medikal Direktor və Uroloq Androloq Cərrah kimi çalışır.

Böyrək daşlarının endoskopik müalicəsində ən son tam kəsiksiz müasir usulla müalicələrini Holmium lazerlə Flexible UreteroRenolitotripsiyasını Azərbaycanda ən uğurlu tətbiqini həyata keçirir.

Üzv olduğu professional cəmiyyətlər:

Azərbaycan-Avropa Tibb Assosiasiyasının Sədri

Avropa Uroloqlar Assosiasiyası İdarə Heyətinin üzvü

Dünya EndoUroloqlar Cəmiyyətinin aktiv üzvü

Avropa Androloqlar Akademiyasının aktiv üzvü

Avropa Orqan Transplantasiya Cəmiyyəti aktiv üzvü

Fransa Uroloqlar Assosiasiyasının aktiv üzvü

Uroloji-androloji cərrahi əməliyyatlar:

Azərbaycanda ilk Laparoskopik Nefrektomiya əməliyyatı 03.11.2010 (kəsiksiz büzüşmüş böyrəyin çıxarılması)

Azərbaycanda ilk Laparoskopik Partial Nefrektomiya Böyrək şişinin böyrəyi qoruyaraq çıxarılmasını həyata keçirir.

Araz Bayramov Fransada və Avropanın digər ölkələrində uzman kimi çalışdığı dövrlərdən prostat və böyrək xəstəliklərinin ən müasir üsulla müalicəsini, kəsiksiz, ağrısız və stressiz yolla əməliyyatını həyata keçirib və beş ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.

Hazırda Baku Clinic və MTN-nin Hospitalında çalışan Araz Bayramov ölkənin ən güclü uroloq-androloqlarından sayılır və onun fəaliyyəti nəinki ölkəmizdə, Avropanın özündə də maraqla qarşılanır.

Laparoskopik Canli Donor Nefrektomiya , Parsial Nefrektomiya (Böyrək xərçəngi) və Böyrək Kistasının Rezeksiyası, Laparoskopik Radikal Prostatektomiya ( Prostat xərçəngi), Promontofiksasiya (Uşaqlıq və Sidik kisəsi sallanmaları)

Endoskopik Urologiya: Kəsik olmadan Böyrək daşlarının çıxarılması FibroRenoskop və Perkutan yolla (Holmium Lazer),

Prostat vəzinin adenomasının təbii yolla kəsiksiz Lazer və ya TUR ilə rezeksiyası

Androloji Cərrahiyyə: Protez (AMS 700), Plastik Əməliyyatlar

Kişi inkontinansı ( sidik saxlamaq qabiliyyətinin pozulması): Protez Malesling, AMS 800 .

Uşaq Urologiyası: Xaya endirilməsi, Böyrək ləyəni Sidik axarı darlığının plastikası

Mikroskopik Varikoselektomiya: Kişi sonsuzluğunun 1 ci səbəbkarı Varikoselin bir günlük müalicəsi

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laparoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laparoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laparoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laparoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.

Rəy bildir

Reyting əlavə et:
Banner