Banner
Banner

Ürək-damar

Urək xəstəlikləri riskini azaldan – QİDA

Urək xəstəlikləri riskini azaldan – QİDA
13:38 16 Aprel 2021

Qırmızı ətin ürək üçün zərərli olduğunu düşünürük. Lakin son tədqiqatlar göstərir ki, yağsız mal ətini də sağlam qida rasionumuza daxil edə bilərik.

Tibb.fed.az “medikforum” saytına istinadən xəbər verir ki, tədqiqatlar nəticəsində məlum olub ki, kiçik yağsız mal əti hissələrindən ibarət olan Aralıq dənizi pəhrizi ürək xəstəliklərinin inkişaf riskini azaldır.

Pensilvaniya Universitetinin qidalanma üzrə dosenti Jennifer Fleming söyləyib ki, araşdırmalara görə sağlam qida rasionunu özündə ürək üçün faydalı olan geniş çeşidli ərzaq məhsullarını, o cümlədən də qırmızı əti ehtiva edir.

“Meyvə, tərəvəz və digər bitki mənşəli məhsullara əsaslanan sağlam bir pəhriz yaratdıqda, yağsız mal əti kimi digər məhsullar üçün də yer qalır" - deyə J.Fleming bildirib.

Tədqiqatçılar sağlamlığı qiymətləndirərkən bir çox araşdırmada həm təzə, həm də emal olunmuş qırmızı ətdən istifadə ediblər. Tədqiqatın nəticələrindən də məlum olduğu kimi, emal olunmuş ət məhsullarının tərkibində natrium daha çox olur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner