Banner
Banner

Ürək-damar

Senkop xəstəliyinin əlamətləri və müalicəsi - KARDİOLOQ MƏSLƏHƏTİ

Senkop xəstəliyinin əlamətləri və müalicəsi - KARDİOLOQ MƏSLƏHƏTİ
19:36 24 Yan 2021

Senkop nədir?

Senkop- bayılma çox rast gəlinən kliniki vəziyyətdir. Senkop postural tonusun itməsi ilə müşahidə olunan ani qısa müddətli huşun itməsidir. Bayılmalar zamanı sistolik qan təzyiqi 70 mmHg sutunundan aşağı  düşür. Yaşlanma ilə birlikdə beyin qan dövranının azalması ilə əlaqədar senkoplar daha təhlükəli hal alır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,  ürək mənşəli bayılmalarda ölüm hallarının rastgəlmə tezliyi daha çoxdur.  Belə xəstələr də əsas xəstəlik müalicə olunarsa nəticə o qədər müsbət olur.

Etiologiya:

Sinir sistemi ilə əlaqəli bayılmalar.

A) Vəziyyətə bağlı senkoplar. Defekasiya, sidik ifrazı  aktları, öskürmə, asqırama zamanı baş verən bayılmalar.

B) Ortostatik senkop. Yaşlı xəstələrin 24%-də postural hipotansion rast gəlinir. Normada ayağa qalxrkən sistolik təzyiq 5-10 mmHg sütunu enir, diastolik yüksəlir. Bu hal yaşlılarda sıx-sıx ortostatik bayılmalara səbəb olur.

C) Karotid sinus senkopu. Az hallarda rast gəlinir, demək olar ki, 1%-dən də az. Üzərkən, başı döndərəkən, boğazlı geyim geyərkən müşahidə olunur.

Kardiyak senkop

A) Mexanik səbəblər: aortal stenoz, sol mədəciyin çıxış yolunun obstruksiyasına səbəb olan hipertrofik kardiomiopatiya HOCM, miokard infarktı, pulmanar emboliya sağ mədəciyin aritmogen displaziyası və s.

B) Elektrik keçiriciliyi ilə əlaqədar: uzun QT, qısa QT, Bruqada sindromu, mədəcik taxikardiyası, II və III dərəcəli AV atreoventrikulyar blokada və s. Aritmik senkoplar araşdırılarkən, QT aralığını uzadan  dərman preparatlarının qəbulu, elecə də elektrolid mübadilə pozuntuları haqqında düşünülməlidir.

Klinik əlamətlər: simptomları tez aşkarlamaq üçün doğru anamnez vacibdir. Adatən öncə senkopönü vəziyyət yaranır. Ürək mənşəli olan bayılmalarda ilk öncə əsas əlamət olan mədəcik taxikardiyası düşünülməlidir. Senkopdan sonra güclü tərləmə, yorğunluq hissi olan 55 yaş altı xüsusi ilə qadınlarda kardiyak səbəb düşünülməməlidir.

Bayılmadakı klinik əlamətlər epilepsiya tutmaları ilə çox oxşardır. Anoksiya ilə əlaqədar beyində qısa müddətli işemiya yaranır, bu zaman əzələ sıçramaları olur. Ancaq epilepsiya qıcolmalarından öncə yaşanan aura müşahidə edilmir, başlanğıcı daha yavaşdır. Epilepsi tutması daha uzun davam edir, növbətsonrası yorğunluqda daha güclü olur

Diaqnostik müayinələr: Bayılma hadisəsi baş verərkən ətrafda  şahid olmadıqda fizik müayinə daha önəmli hal alır. Tam bir müayinə zamanı embolik hadisəni inkar  etmək üçün göz dibi müayinəsi aparılmalıdır. Auskultasiya ilə aotal stenozda yaranan küyə qulaq asmaq olar. Təzyiq hər iki qolda ölçülməli, ortostatik təzyiqhesablanmalıdır. Ritm pozuntularında EKQ, Holter EKQ aparılmalıdır. Tilt masası testidə əsas diaqnostiq müayinə metodlarından biridir, və geniş istifadə edilir.

Serebral hallarda MRT maqnit rezonans tomoqrafiya, elektroensefaloqrafiya və s. diaqnostiq müayinə metodları istifadə edilməlidir. Altda yatan ürək xəstəliyi qeyd edilmirsə senkopda ölüm hadisəsi nadirdir. Ölüm hadisəsi bayılma olan zaman orqanizmə dəyən zərələ əlaqədar yarana bilər.

Müalicə: Senkop müalicəsi xəstəyə və mövcud xəstəliyə görə planlaşdırılır. 

1) Dərmansız müalicədə əsas məqsəd bayılma hallarının azaldılmasına yönəlir. Sinir sistemi ilə əlaqədar senkoplarda əvvəlcə xəstəninin davranış vərdişləri dəyişilməlidir. Bayılmaya səbəb olacaq hadisələrdən uzaq durmaqla,  bayılma saylarını əhəmiyyətli dərəcədə azaltmaq olar. Gündəlik maye qəbulu qəbulunu artırmalı, xronik vazodilitator dədmanlarının qəbulu nəzarətdə olmalıdır. İdman, əyilib-qalxma məşqləri, duz və mineral maddələrin düzgün qəbulu bayılma hallarını azaldan asan və etibarlı tədbirlərdəndir. 

2) Dərman müalicəsi ən çox kardial senkoplarda aparılır. Ancaq aritmiya əleyhinə istifadə edilən dərmanlrın özüdə bəzən bayılma saylarını artırır, bu  səbəbdən  bu tip dərmanların qəbuluna ehtiyyatla yanaşılmalıdır. 

3) Cihaz müalicəsi: Simptomlu bradikardiyalarda və atreoventrikulyar blokadalarda tam ürək blokuna gedən xəstələrdə ürək fəaliyyəti dəstəkləyici cihaz implantasiyası həyata keçirilir. Aparılan araşdırmalar sübut edir ki, xüsusəndə koranar arter xəstıliyi olan, ciddi sol ventrikul disfunksiyalı, davamlı həyati təhlükəli monomorfik mədəcik taxikardiyası olan xəstələrə implant oluna bilən defibrilyatorlar geniş istifadə istifadə edilməlidir. 3) Cərrahi müalicə: Sağ, sol ürək çixiş yolu obstruksiyaları olan xəstələrdə adi fiziki hərəkətdə bayılmalara səbəb olarsa kardiocərraha yönəldilməli və həmin xəstələrə “Septal mioektamiya, və ya alkol ilə septal ablasiya” əməliyyatı icra edilməlidir.  Miokard infarktına bağlı həyatı təhtid edən xəstələrdə “Aorta koronar şuntlama əməliyyatı və ya perkutan koronar girişim” tətbiq edilir.

İzləm: Senkoplu xəstələr daim nəzarətdə saxlanılmalıdır. Kardiyak səbəbli senkoplara daha ciddi yanaşılmalı, çünki bu tip hallarda ölüm faizi daha yüksək olur. 

Aysel Nuriyeva, Həkim-kardioloq

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner