Banner
Banner

Ümumi Xəbərlər

«Vaksinin insanı hansı müddətdə qoruduğunu - HEÇ KİM BİLMİR» - MÜSAHİBƏ

«Vaksinin insanı hansı müddətdə qoruduğunu - HEÇ KİM BİLMİR» - MÜSAHİBƏ
14:04 11 Fev 2021

Bütün dünyada olduğu kimi, Azərbaycanda da vaksinləmə prosesinə başlanılıb.

Vaksinlərin koronavirusdan qoruma imkanı və insanların sağlamlığına təsiri ilə bağlı Tibb.FED.az-ın suallarını TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva cavablandırıb.

- Nəzrin xanım, kimsə növbədən kənar vaksin vurdura bilərmi? Yəni yüksək risk kateqoriyalarına aid olmayan adam, sadəcə istəyir ki, vaksinlənsin, bu mümkündür?

- Təəssüf ki, hal-hazırda könüllü müraciətlər qəbul olunmur. Təsdiqlənmiş strategiya üzrə prioritet qruplar mərhələli şəkildə əhatə olunduqdan sonra, könüllü müraciətlərə baxıla bilər.

- Könüllü vaksinasiya da pulsuz olacaq?

- Peyvəndlər ölkəyə dövlət xətti ilə gətirilib və tamamilə pulsuz şəkildə tətbiq olunacaqdır.

- Kimsə xaricdən, məsələn Rusiyadan və ya başqa ölkədən özünə vaksin gətirdə bilərmi? Özü istifadə etmək üçün. Hökumət buna mane olmaz ki?

- Bunun yaxın gələcəkdə mümkün olacağını ehtimal etmirəm, çünki hal-hazırda heç bir ölkədə peyvəndlər açıq satışda mövcud deyildir. Hər şeydən öncə kimlərəsə belə bir təklif olunarsa, bunun nə dərəcədə təhlükəsiz və güvənli olduğu sualı ortaya çıxır. Belə hallarda ehtiyatlı olmaq lazımdır, yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlər ola bilər.

- Kimlərə vaksin olmaz? Məsələn hamilələrə və ya hansısa xəstələrə?

- Məsələn, 18 yaşa qədər olanlar, hamilələr (xüsusilə ilk trimest), aktiv COVID-19 xəstələri, ciddi immunsupressiv xəstələr, xronik xəstəliyinin kəskinləşmə dövründə olanlar, anamnezində peyvəndə və komponentlərinə qarşı anafilaktik reaksiya olanlar, inaktiv peyvəndlərdən 2 həftə, canlı peyvəndlərdən 1 ay sonra.  

- İndiyədək korona olub sağalanlara da vaksin vurulacaqmı? Yoxsa onlara daha lazım deyil?

- Tibbi olaraq bu şəxlərin peyvənd olunması üçün əks göstəriş yoxdur. Lakin, elmi çalışmalar göstərir ki, xəstəlik keçirdikdən sonra yaranmış immunitet 1 il müddətində qoruyucudur. Bu səbəbdən, həm də peyvəndlərin məhdud sayda olmasını nəzərə alaraq, strategiyaya əsasən son 6 ayda xəstəlik keçirmiş şəxslərə peyvəndin vurulması bir müddətə gecikdiriləcək.

- Azərbaycana gətirilən vaksinlər insanı koronadan nə qədər müddətə qoruyur? Sonra nə olacaq, yenə vaksin vurulmalıdır?

- Bu sualın cavabı heç kəsə məlum deyil, çünki hələ o müddət keçməyib, bunu zaman göstərəcək. Alimlərin verdiyi təxmini proqnozlara görə vaksinin virusdan qoruma minimum müddəti 1 ildir.

- Risk qruplarından olanlar vaksindən imtina edə bilərmi? Çünki indi eşidirik ki, hətta bəzi həkimlər də vaksindən imtina edirlər. Onlar vaksin vurdurmasalar, onların işi ilə bağlı problem yaranmayacaq ki,?

- Peyvəndlənmə prossesi könüllü olaraq həyata keçirilir. Xüsusilə peyvəndlərin sayının məhdud olmasını nəzərə alaraq hər kəsin bu prosesdə yaxından iştirak etməsini tövsiyə edirik.

- Vaksin vurduranlarda immunitet nə vaxtdan başlanır? Həmin dəqiqədən, yoxsa nə qədərsə vaxt keçməlidir?

- Peyvənd vurulduqdan sonra tədricən immunitet yaranmağa başlayır, lakin daha təsirli qoruyuculuq ikinci dozadan 10-14 gün sonra formalaşmış olur.

- İmmunitet ikinci dozadan sonra başlanır? Deməli ona qədər immunitet olmur?

- Bəli, ilk dozadan sonra qoruyuculuq əldə edilmir, bu müddət ərzində daha diqqətli olub, xəstəliyə yoluxmaqdan qorunmalıyıq.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner