Banner
Banner

Ümumi Xəbərlər

ÜST koronavirus yeni ştammının yayılma miqyasını açıqladı

ÜST koronavirus yeni ştammının yayılma miqyasını açıqladı
13:26 24 Fev 2021

Yeni növ bir çox ölkəyə yayılıb.

Yeni koronavirus ştammnın tapıldığı ölkələrin sayı artmağa davam edir. Tibb.fed.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son bir həftə ərzində daha 7 ölkədə VOC 202012/01 virusunun "İngilis" mutasiyası aşkar edilib. Bu ştammın mövcud olduğu dövlətlərin ümumi sayı 101-ə çatıb. Ştammın "yerli ötürülməsi"nin 45 ölkədə qeydə alındığı qeyd edilib. Yoluxanların sayının nisbəti əsasən Avropada artıb.

Bundan əlavə, koronavirusunun Cənubi Afrikadan olan 501Y.V2 variantı son 1 həftədə daha beş ölkədə aşkar edilib. Beləliklə də, bu növün olduğu ölkələrin ümumi sayı 51-ə yüksəlib.

İlk olaraq Braziliya və Yaponiyada aşkarlanan P.1 ştammının isə daha səkkiz yeni ölkəyə yayıldığı qeyd olunur. Bu növün olduğu ölkələrin sayı 29-a çatıb.

Bundan əvvəl ÜST, Britaniya növü kimi Cənubi Afrika koronavirüs növünün də virusun orijinal versiyasından daha yoluxucu olduğunu təsdiqləmişdi. Eyni zamanda, ştammının bu xüsusiyyətinin xəstəliyin şiddətinə təsir etmədiyi də aydınlaşdırıldı.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner