Banner
Banner

Ümumi Xəbərlər

Sovet alimləri dəhşətli viruslardan necə - QORUNURDU?

Sovet alimləri dəhşətli viruslardan necə - QORUNURDU?
22:12 6 Mart 2021

Sovet dövrünün həkimlərinin sınaqdan çıxardığı bu metodun koronavirusa yoluxmada da effektli olacağı bildirilir.

Tibb.fed.az “Medicina.az” saytına istinadən xəbər verir ki, Rusiyanın Kirov adına xəstəxanasının aparıcı psixoterapevti, sovet illərində hərbi həkim işləmiş, tanınmış həkim Nikolay Kosenkov özünün təcrübə etdiyi köhnə bir metodu yada salıb.

1978-ci ildə ölkədə çox güclü qrip epidemiyası yayılmışdı və bütün yeni həkimləri ölkəboyü tibbi məntəqələrə yardım üçün səfərbər etmişdilər.

“Xəstəxanaya hər gün ağır infeksiyalı xəstələr gəlirdi. 2 gecə idi ki, ölənlər olurdu. Tibb işçilərinin yoluxmaması mümkün deyildi. O zaman biz heparinin virus xəstəliklərinə qarşı istifadəsini sınamaq qərarına gəldik. Bəs necə edək ki, heparini inyeksiyasız orqanizmə daxil edək? Belə bir ideya yarandı ki, 0, 1 ml heparini qəndə damızdırıb, dilin altına qoyub əritməklə. Əvvəlcə biz həkimlər bunu sınadıq. Hər dəfə xəstə ilə kontaktdan 1 saat öncə qəndi dil altına qoyurduq. Həqiqətən də kömək etdi. Həmin vaxt kursda yeganə yoluxmayan bir iki həkim oldu, onun da biri mən idim.

Hesab edirəm ki, bu metodu koronavirusa yoluxmamaq üçün də istifadə etmək olar. Yeri gəlmişkən, xarici elmi tibbi məqalələrdə, virus infeksiyalarında heparinin effektivliyi barədə çox yazılıb. Həkimlər bu barədə düşünsə yaxşı olar. Amma adi insanlar özbaşına heparinlə müalicəyə qalxmasınlar. Öncə həkimlə məsləhətləşsinlər”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner