Banner
Banner

Ümumi Xəbərlər

Səhiyyə Nazirliyindən rezidentlərin attestasiyası barədə - AÇIQLAMA

Səhiyyə Nazirliyindən rezidentlərin  attestasiyası barədə - AÇIQLAMA
22:05 15 Fev 2021

Rezidentlərin yekun attestasiyası başlayır

Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verməlidir. 50 test tapşırığından 40 standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaqdır. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaqdır. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər  yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi aşağıda göstərilən ixtisaslar üzrə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

I zal

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Kardiologiya

Şüa-diaqnostikası

Narkologiya

Yoluxucu xəstəliklər

Allerqologiya və immunologiya

Uşaq cərrahiyyəsi

Travmatologiya-ortopediya

 

II zal

Laboratoriya işi

Mikrobiologiya

Patoloji anatomiya

Stomatologiya

Ürək-damar cərrahiyyəsi

Qastroenterologiya

Endokrinologiya

Dermatovenerologiya

Onkologiya

Hematologiya

Nevrologiya

Daxili xəstəliklər

Ftiziatriya

Pediatriya

Neyrocərrahiyə

Qeyd: Praktik məşğələlər üzrə ixtisas imtahanının tarixləri sonraki elanda göstəriləcək. Həkim-rezidentlərin şifrələri ilə əlaqədar hər-hansı problem olarsa Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinin 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.

 

 

 

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner