Banner
Banner

Ümumi Xəbərlər

Səhiyyə Nazirliyi orta məktəblərdə - SORĞU KEÇIRƏCƏK

Səhiyyə Nazirliyi orta məktəblərdə - SORĞU KEÇIRƏCƏK
14:54 15 Fev 2021

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi orta məktəblərdə sorğu keçirəcək.

 

Tibb.fed.az xəbər verir ki, sorğu sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə keçirilir. Şagirdlər və məktəb kollektivi arasında keçirilən sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin tərtib etdiyi xüsusi anketlə aparılacaq.

 

Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu artıq Bakı şəhər 202 saylı orta məktəbdən başlayıb.

 

“Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində mühüm yer tutur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner