Banner
Banner

Ümumi Xəbərlər

Moderna peyvəndinin əks təsirləri - AŞKARLANDI

Moderna peyvəndinin əks təsirləri - AŞKARLANDI
11:51 5 Mart 2021

Həkimlər Moderna peyvəndi ilə peyvənd edildikdən sonra dəri iltihabı şəklində yan təsiri müəyyən ediblər

Tibb.fed.az bildirir ki, “New England Journal of Medicine” jurnalında dərc olunan tibbi hesabata görə, Amerikanın Moderna şirkətinin COVID-19 peyvəndinin istifadəsi, ilk peyvənddən on gündən çox müddət keçdikdən sonra dəri itihabına və səpgilərə səbəb ola bilər.

"Biz, 12 xəstədən ibarət qrupda peyvəndlə əlaqəli yerli və sistemli simptomlar tamamilə aradan qaldırıldıqdan sonra hamısında inyeksiya sahəsinin yaxınlığında oxşar reaksiyalarla görüntülərin aşkar edildiyi barədə xəbərdarıq edirik".

Orta hesabla, səpkilər ilk peyvənddən sonra səkkizinci gündə ortaya çıxır.

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Jurnalın veb saytında yan təsirlərin xəstələrdə necə göründüyünü göstərən fotoşəkillər də yerləşdirilib. Xəbərdə deyilir ki, bununla belə həkimlər xəstələri ikinci peyvənd olunmağa razı salmağı da bacarıblar. İkinci peyvənddən sonra yalnız üç nəfərdə eyni intensivlikdə dəri iltihabı meydana gəlib. Digər üçü daha yumşaq bir reaksiya göstərib, qalan yarısı yan təsirləri olmadan ikinci peyvənd edilib.

Moderna peyvəndi ABŞ və Avropada COVID-19 əleyhinə edilir. Martın 4-də isə Avropa Dərman Vasitələri Agentliyi tərəfindən Rusiyanın Sputnik V koronavirus peyvəndinin qeyd sənədlərinin araşdırılmasına başlanıb. Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat açıqlayıb. Macarıstan və Slovakiya bu peyvəndi müstəqil olaraq qeydiyyatdan keçirib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner