Banner
Banner

Ümumi Xəbərlər

“Koronavirusun yeni ştammlarının ölkəmizə gəlməsi istisna deyil” – AÇIQLAMA

“Koronavirusun yeni ştammlarının ölkəmizə gəlməsi istisna deyil” – AÇIQLAMA
14:58 25 Fev 2021

 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştammlarının qeydə alındığı və sürətlə dünya ölkələri arasında yayıldığı barədə xəbərdarlıq edib. TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist həkim Süleyman Kamilov isə “tibb.fed.az”a yeni ştammın Azərbaycanda həl mövcud olmadığıni bildirib: “Yeni ştammı aşkarlamaq üçün müəyyən analiz, müəyyən kütlə lazımdır. Hələ ki, bizim ölkəmizdə yoxdur. Amma xəstəliyin bizim ölkəmizə gələ bilməyəcəyi də absurd fikirdir. Çünki bu xəstəlik hər hansı bir yerdə varsa, əlbəttə ki, bizim ölkə də dünyadan təcrid olunmadığı üçün bura gələ bilməsi mümkündür. O da mütləq deyil ki,  bizim ölkədə də olması şərtdir. Ola bilsin ki, biz o virusla heç qarşılaşmayaq da”. TƏBİB yetkilisi yeni ştammların təhlükəlilik dərəcələrinə də aydınlıq gətirdi: “ÜST-ün məlumatına görə, təhlükəsi, ölümcül olması ehtimalı koronavirusdan azdır, amma yoluxma intensivliyi, sürəti daha yüksəkdir. Yoluxma sürəti 60-70% arası dəyişir”.

Koronavirus 10 mindən çox mutasiya keçirib.

Süleyman Kamilovun sözlərinə görə, koronavirus yayıldığı andan bu günə kimi 10 mindən çox mutasiya keçirib. “Hər mutasiya zamanı koronavirus ya bir xüsusiyyət qazanıb, ya da itirib. Bu, onun nüvəsindəki zülalda olan qollaşmadakı bəzən baş verən yanlışlıqlar üzündən yaranır. Bunu əksər hallarda virusun özü edir, orqanizmə daxil olduqda onun öz içərisində kopyalama prosesi zamanı baş verir. Bəzi hallarda yanlış kopyalama olur, həmin zülallarda dəyişikliklər olur və yeni mutasiya əmələ gəlir. Bu yeni mutasiya bəzən öz özünü də məhv edə bilir. Dünyaya gələn hər canlı heç də uzun müddət yaşaya bilmədiyi kimi, canlı orqanizm olan koronavirus da mutasiyaya uğrayarkən o proseslərdən keçir. Genetik olaraq deffekt viruslar daha tez məhv olurlar. Ona görə də koronavirusun başlanma dövrü ilə indiki arasındakı əlamətləri də fərqlidir”.   

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner