Banner
Banner

Ümumi Xəbərlər

Diqqət yetirmədiyimiz ən vacib – PROBLEM

Diqqət yetirmədiyimiz ən vacib – PROBLEM
13:05 8 Mart 2021

Beyin qan dövranının xəstəlikləri az tədqid edilən sahələrdəndir, əksər vaxtı uzun sürən diaqnozların arxasında gizlənir və ya təyinedilməz olaraq qalır.

Tibb.fed.az Rusiya KİV-lərinə istinadən yazır ki, tibbi müayinə zamanı beyin qan dövranının aşağı düşməsinin erkən əlamətlərini əlaqələndirmək xüsusilə çətindir. Pasiyentlərin özləri belə yavaş başlayan, tədricən yaddaş pozğunluğu, azalmış diqqət və öyrənmə qabiliyyətlərini anlayıb qeyd etmirlər.

Bununla belə, "ağır baş", gündəlik vəzifələrin həlli üçün vaxtın artması, diqqəti yayındırma və əsəbilik kimi əlamətlər bu problemdən şübhələnməyə və vaxtında tədbir görməyə kömək edə bilər. Serebral qan dövranının pozulması riski arterial hipertoniya, şəkər diabetdən əziyyət çəkənlərdə və yaşlı insanlarda daha yüksəkdir.

Beyin damarlarının qorunması

Kliniki tədqiqatlarda ikinci mərhələ beyinin xroniki işemiyasi diaqnozu qoyulmuş, hipertoniya fonunda orta dərəcədə idrak pozğunluğu əlamətləri olan 58 xəstə iştirak edib. Monoterapiya şəklində etilmetilhidroksipiridin süksinat və ya etilmetilhidroksipiridin süksinat və sitikolinin birləşməsi üçün xəstələr iki qrup üzrə ayrılıblar.

Biyokimyəvi testlərin məlumatlarına əsasən müəlliflər, hər iki dərmanın neyroprotektiv təsir göstərdiyi qənaətinə gəldilər; ayrıca etilmetilhidroksipiridin süksinat və sitikolinin bir-birinin hərəkətini artırdığı, bu səbəbdən birlikdə istifadə edilməsinin məqsədəuyğun olduğu təsbit edildi.

Tədqiqatçılar neyroprotektiv təsirin gücləndiməsini Neypilept və Neyroksun angiopatiyanın müxtəlif patogenetik mexanizmlərinə təsiri ilə izah ediblər. Neyroks superoksid dismutaz və glutation peroksidazın aktivliyinə təsir edir, Neypilept isə neyronal membranların bərpasını stimullaşdırır. Oksidləşdirici stresin azalması, neyronal membranların xüsusiyyətlərinin yaxşılaşdırılması, fosfolipaza A-nın aktivliyindəki azalma və bir çox digər molekulyar proseslər angiopatiyanın klinik əlamətlərin azalmasına səbəb olur.

Kombinə edilmiş neyroproteksiya yaddaşı, konsentrasiyanı, narahatlığı və gəzinti zamanı başgicəllənmə və qeyri-sabitliyi yaxşılaşdırır. Neyronal qorunma demensiyanın da qarşısını alır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner