Banner
Banner

Ümumi Dərmanlar

NOVAREST (tabletlər)

 NOVAREST (tabletlər)
19:13 9 Fev 2021

 

Qiyməti: 18.3 Azn

 

Hər həbin tərkibi: (qastrorezistent tabletlər)

 

Passiflora ekstraktı: 150 mq

Grataequs ekstraktı: 150 mq

Melissa ekstraktı: 100 mg

Maqnezium: 150mg

Vitamin B6: 3 mq

 

FARMAKOTERAPEVTİK QRUPU:

Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedative preparat.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Çarxıfələk çiçəyi — (Passiflora ekstraktı) tərkibindəki viteksinlə zəngin flavanoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək damar sisteminin işini yaxşılaşdırır.

Yemişan çiçəyi - (Grataequs ekstraktı) flavanoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir.

Oğulotu ekstraktının - (Melissa) tərkibi sitralla, sitronellalla, geraiolla, linaloolla, fenilpropanoidlərlə, xlorohenon ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Oğulotu ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, virusəleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər Oğulotunun tərkibindəki konkret konponentlərin məsələn; sitronellalın – güclu sedativ təsiri, gerani olun - spazmolitik təsiri, fenilpropanoidlərin - antibakterial, virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Oğulotu iştahaartırma, sidikqovucu və ürəkbulanmanı hamilələrdə mükkəmməl olaraq aradan götürməsi ilə tanınmışdır.

Maqnezium - bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyatı vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

Vitamin B6 - (piridoksin) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqda maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.

 

GÖSTƏRİŞLƏRİ:

 

Yüksək sinir oyanıqlığı.

Stress. Əsəb garginliyi.

Yuxu pozğunluğu, yuxusuzluq.

Simptatik aktivlik fonunda sıx ürək ritmi,

Həyəcan və özünə güvənməmə halları,

Xroniki yorğunlug, fiziki və psixi tükenme, asteniya.

Ağrı və əzələ spazmı, gastrointestinal spazm,

Hamilə gadinlanrda hipertonus.

Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmanı aradan götürülməsi məqsədilə.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı komponentlərinə qarşı həssaslıq, 6 yaşa qədər uşaqlar.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.

 

DOZALANMA:

Novarest yuksək sinir oyanıqlığı, stress, əsəbilik hallarında 1 həb gün ərzində 2-4 dəfə, hamilə qadınlarda hipertonus zamanı 1 həb gün ərzində 2-3 dəfə təyin edilir. Yuxu pozğunluğu zamanı 2 heb yatmazdan evvel teyin edilir. Preparatın qəbulu yeməkdən sonar bol maye ilə tövsiyyə edilir. Maksimal sutkalıq doza 4 həbi keçməməlidir.

 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ TƏYİNİ:

Hamiləlik və laktasiya dövründə preparatın təyini mümkündür.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Uzunmüddətli qəbulu mümkündür, öyrəşmə yaratmır, preparatın qəbulu zamanı spirtli içkilərdən istifadə yol verilməzdir.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar baş gicələnmə, qanın nahiyəsində spastik ağrıların olması, bəbəyin genişlənməsi, ürək bulanma, qusma.

 

Müalicəsi: mədənin yuyulması və simptomatik müalicə.

 

BURAXILIŞ FORMASI: NOVAREST No 30, 3 bilister 10 tabletdən ibarət içik vərəqi ilə birgə karton qablamada istehsal edilir.

SAXALANMA ŞƏRAİTİ: 26°C temperaturdan yuxarı olmayaraq quru və günəş şualarından uzaq, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti bilisterlərdə və qutuda qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz buraxılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: NOVATOR PHARMA LLP Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.

ISTEHSALÇI: GRICAR CHEMICAL.S.R.L Italiya. NOVATOR PHARMA

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner