Banner
Banner

Sonsuzluq və müalicəsi

«Sonsuzluq 50% kişinin, 50% qadının problemidir» - MÜSAHİBƏ

«Sonsuzluq 50% kişinin, 50% qadının problemidir» - MÜSAHİBƏ
11:55 28 Fev 2021

Sonsuzluq, onun yaranması səbəbləri və müalicəsi imkanları ilə bağlı tibb.fed.az-ın suallarını Reproduktiv Sağlamlıq Mərkəzi klinikasının suni mayalanma uzrə həkimi Təranə Nəsibli cavablandırır.

- Təranə xanım, sonsuzluq bir qədər ümumii anlayışdır, müxtəlif şəxslər üçün müxtəlif hallar sonsuzluq sayılır. Əslində sonsuzluq nədir, hansı halda aşkar edilir ki, ailədə və onun üzvlərində sonsuzluq problemi var?

- Sonsuzluq cütlüklərin düzənli və qorunmasız münasibətlərinə rəğmən 1 il içində hamiləliyin baş verməməsidir. Yəni ilk bir ildə hamiləlik baş verməyəndə müalicəyə başlamaq lazımdır.

Lakin 35 yaşdan yuxarı qadınlarda bu müddət 6 aya qədər azalır və müalicəyə daha erkən, yəni 6 aydan sonra başlanması tövsiyə olunur.

Məsələ bundadır ki, adətən, həftədə 2-3 dəfə birlikdə olan cütlüklərin təxminən 85%-i ilk ildən hamilə qalır, qalan 15%-in bir qismi ikinci və ya sonrakı illərdə heç bir müalicə almadan hamiləlik əldə edirlər. Digər qismi isə sonsuzluğun səbəbini həkimlərlə birlikdə axtarmalı olurlar.

Qəhvənin kişilər üçün xüsusi faydalılığı SÜBUTA YETİRİLDİ

- Sonsuzluq səbəbləri nə ola bilər?

- Sonsuzluğun səbəbi 100-də 15 xəstə qrupunda bütün tədqiqatlara rəğmən bilinməməkdədir. Ümumiyyətlə, hamiləliyin baş verməsi üçün bəzi faktorların olması tələb olunur:

Qadınlarda sağlam yumurta əmələ gəlməsi;

Kişilərdə keyfiyyətli sperm ürətimi;

Spermin yumurtanı mayalandırması;

Mayalanmış yumurtanın uşaqlıq divarına yapışa bilməsi;

Keyfiyyətli embrionların yaranması və s.

- Sonsuzluq ən çox hansı tərəflə bağlı olur – kişilərlə, yoxsa qadınlarla? 

- Ümumilikdə, sonsuzluq səbəbləri kişi və qadınlar arasında 50%-50% olmaqla bölünmüşdür. Belə ki, cütlüklərin hər birində sonsuzluq 35%, hər 2 cütlükdə problemin olması isə təxminən 20% rast gəlinir.

Böyrək daşları ilə cinsi həyat arasında birbaşa əlaqə - VARMI?

- Kişilərdə sonsuzluğunun səbəbi nədir?

- Kişilərdə sonsuzluq səbəbləri bunlardır:

Sperm sayının və hərəkətliliyin azalması;

Spermlərin aqqlütinasiyası;

Sperm mayesində heç bir sperm hüceyrəsinin olmaması (azosperm);

Kanal tıxanıqlıqları;

Spermin xaricə çıxmaması;

Hormonal səbəblər;

Doğumda və ya doğumdan sonra enməmiş testis;

Uşaq vaxtı keçirilmiş infeksion xəstəliklər;

Onkoloji xəstəliklərin müalicəsi;

Testosteron əskikliyi

Həddən artıq siqaret və alkoqol qəbulu;

Stress, ağır iş şəraiti və s.

- Bəs qadınlarda sonsuzluğa nə səbəb olur?

«Qadınlar xərçəngdən qorunmaq üçün ayda bir dəfə güzgü qarşısında yoxlanmalıdır» - MÜSAHİBƏ

- Qadınlarda sonsuzluq səbəbləri:

Yumurta pozğunluğu;

Polikistik over sindromu (Azərbaycan xanımlarında daha çox rast gəlinir);

Yumurtalıq rezervi azalmiş;

Düzənsiz aybaşılar;

Keçirilmiş infeksion xəstəliklər və ya qarın boşluğu əməliyyatları;

Endometrioz;

Yüksək prolaktin səviyyəsi;

Boru tıxanıqlığı və ya boru genişlənməsi;

Erkən menopauza;

Uşaqlığın miomaları və polipləri;

Yapışıqlıq;

Tiroid problemləri;

Aşırı siqaret və ya alkoqol qəbulu;

Obezite və s.

Bəzi xanımlarda bu problemlərdən yalnız biri, digərlərində isə bir neçəsi eyni zamanda rast gəlinir.

- Qadınlar sonsuzluqla bağlı nə zaman həkimə müraciət etməlidirlər?

- Normalda əgər bir xanımın yaşı 35-dən aşağıdırsa, düzənli cinsi həyat yaşayırsa, hamiləlik 1 il ərzində baş vermirsə, həkimə müraciət edə bilər. Amma bir xanım əvvəllər qarın boşluğunda hər hansı bir əməliyyat keçirdibsə, xəstəlik tarixçəsində vərəm və ya digər infeksion xəstəlik olubsa, yaşı 35-dən yuxarıdırsa, uşaqlıq daxilində polip və ya mioma olması haqda məlumatlıdırsa, həyat yoldaşı sperm zəifliyinə səbəb olacaq hər hansı bir xəstəliklə qarşılaşıbsa, həkimə daha tez müraciət etməsi tövsiyə olunur. Burada şərt xəstələrin həkimə müraciət etməsi deyil, düzgün ünvana müraciət etməsidir. Yəni insanlarda sonsuzluq kimi problem varsa, onlar bu sahə üzrə mütəxəssisləşmiş həkimlərə müraciət etməlidirlər ki, yanlış müalicələr almasınlar.

- Sonsuzluğun müalicəsi üçün müraciət edənləri sağaltmaq mümkün olurmu? Yəni müraciət edənlərin hansı hissəsi müalicə nəticəsində övlada sahib ola bilər?

- Sonsuzluqdan müalicə olunan xəstələrin bir hissəsi adi müalicə ilə hamilə qala bilirlər. Bir qism isə suni mayalanma ilə övlad sahibi ola bilirlər. Xəstələrin bir hissəsinə, təqribən 30%-nə müalicə təsir etmir.

- Müalicənin effektiv olmamasının səbəbi nə olur? Hansı hal olur ki, onu müalicə etmək mümkün olmur?

- Məsələn, bəzən elə olur ki, uşaqlıq elə vəziyyətdə olur ki, həddən çox mionların olması, uşaqlığın həddən artıq yapışıqlı vəziyyətdə olması – hətta elə vəziyyətdə ki, onu heç əməliyyatla da təmizləmək mümkün olmur – və ya uşaqlığın ümumiyyətlə olmaması kimi hallar var. Bundan başqa, spermin faizinin tamamilə sıfır olması, bu zaman biz TC deyilən əməliyyat aparırıq. Yəni sperm birbaşa kişinin bədənindən götürülərək yumurtalığa yerləşdilir. Bu vəziyyətin 50% hallarında keyfiyyətli sperm əldə etmək mümkün olur. Amma bəzən bu da mümkün olmur, belə olan halda donordan istifadə edilir.

Digər tərəfdən, qadının yaşı ilə əlaqədar yumurtalıqlar tamamilə «səssiz» olur. Belə olan halda donor yumurtalıq, donor sperm ilə mayalandırılır. Bütün bu üsullarla sonsuzluq problemi həll edilir.

Çox az hallarda bu üsullar da kömək etmir və belə olan halda surroqat ana üsulundan istifadə edilir. Təəssüf ki, bizim qanunvericilik buna icazə vermir və belə xəstələri biz xarici ölkələrə yönəldirik. Yaxşı olar ki, bununla bağlı bizdə qanunvericiliyə dəyişiklik edilsin.  

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner