Banner
Banner

Sidik sistemi

Böyrək sağlamlığını qorumaq üçün - 8 MƏSLƏHƏT!

Böyrək sağlamlığını qorumaq üçün - 8 MƏSLƏHƏT!
17:55 22 Fev 2021

Böyrək - bədəni zəhərli maddələrdən təmizləyən, sümüklərin inkişafında mühüm rol oynayan- D vitaminini aktivləşdirən və qırmızı qan hüceyrələrinin istehsalını təmin edən-eritropoetin hormonunu istehsal edən vacib bir orqandır.

“Tibb.fed.az” saytı Mərkəzi Klinika Gəncə Xəstəxanasının uroloqlarına istinadən bildirir ki, böyrək funksiyaları müəyyən bir həddən aşağı düşərsə, bu, xroniki böyrək çatışmazlığının göstəricisidir.

1. Vacib olanı böyrək çatışmazlığı inkişaf etmədən əvvəl müdaxilə etməkdir. 3 ayı keçən böyrək çatışmazlığı prosesi varsa, bu xroniki böyrək çatışmazlığı deməkdir. Xroniki böyrək çatışmazlığı; Anemiya, osteoporoz və ürək xəstəliklərinə səbəb olduğu üçün müalicə edilmədiyi təqdirdə həyati təhlükəyə səbəb olur. Araşdırmalar 40 yaşdan sonra sonra daha çox meydana gəldiyini göstərir.

2. Qan şəkəri mütəmadi olaraq yoxlanılmalıdır: Diabetli insanların demək olar ki, yarısı zaman keçdikcə böyrək çatışmazlığı inkişaf etdirə bilər.

3. Təzyiqinizi izləyin: Normal qan təzyiqi 120-80 və altındadır. Mütəmadi gəzinti, duzsuz pəhriz kimi həyat tərzindəki dəyişikliklərlə nəzarətdə saxlanılmalıdır. Təzyiq 140/90-dan yuxarı olarsa, mütəmadi olaraq dərman qəbul etmə və qan təzyiqi nəzarətinə ehtiyac var.

4. Sağlam bir pəhriz yeyin və duz qəbulunu məhdudlaşdırın: Duz istehlakı gündə ən çox bir çay qaşığı ilə məhdudlaşdırılmalıdır. İşlənmiş qidalar və fast food əvəzinə təzə tərəvəzlər, meyvələr və ev yeməkləri istehlak edilməlidir.

5. Siqareti buraxın və siqaret mühitindən uzaq durun: Siqaret çəkmək bədəndəki demək olar ki, bütün orqanlara təsir göstərir, böyrəklərdə qan axını yavaşlayır.

6. Ağrıkəsici və antibiotikləri lazımsız şəkildə istifadə etməyin: Ağrıkəsicilər və şüursuz qəbul edilən antibiotiklər böyrək çatışmazlığına səbəb olduğu üçün bunlar həkim nəzarəti olmadan istifadə edilməməlidir.

7. Daş və sidik yolu infeksiyalarının səbəbini öyrənin: Düşmüş daşların analizi təmin edilməlidir. Yenə də sidik yolu infeksiyalarının səbəbi müəyyən edilməlidir.

8. Mütəmadi olaraq idman edin: 30 dəqiqəlik sürətli gəzinti və həftədə 3-4 dəfə edilən müntəzəm məşqlər böyrək sağlamlığını qoruyur!

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner