Banner
Banner

Sağlam Qidalanma

Ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldan - TƏRƏVƏZ

Ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldan - TƏRƏVƏZ
18:34 5 May 2021

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Tibb.fed.az “medikforum”-a istinadla xəbər verir ki, Danimarkada yaşayan 50 mindən çox insanın məlumatları araşdirma məqsədilə istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb. Alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Aparıcı müəllif, ECU Qidalanma Tədqiqat İnstitutundan doktor Ketrin Bondonno, pəhrizin ürək xəstəliklərinin qarşısının alınması üçün müəyyən edən amil olduğunu qeyd edib. "Bizim nəticələrimiz göstərib ki, gündə sadəcə bir fincan nitratla zəngin çiy tərəvəz yeyərək, insanlar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə Ketrin Bondonno vurğulayıb. "Ən böyük risk azalması periferik arteriya xəstəliyi ilə əlaqədar idi (26 faiz)".

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner