Banner
Banner

Sağlam Qidalanma

Təhlükəli çatışmazlıq: Çox az karbohidrat yeməyin - 5 ƏLAMƏTİ

Təhlükəli çatışmazlıq: Çox az karbohidrat yeməyin - 5 ƏLAMƏTİ
12:00 23 Mart 2021

Arıqlamaq istəyən insanlar, xüsusilə də qadınlar əksər hallarda "pis" adlandırılan karbohidratları pəhrizdən çıxarırlar. Lakin qidalanma mütəxəssisi Daniela Krel bu karbohidraların orqanizm və sağlamlıq üçün çox vacib olduqlarını bildirir.

Tibb.fed.az bildirir ki, Bavariya İstehlak Mərkəzinin qidalanma üzrə mütəxəssisi Daniela Krel bununla bağlı xəbərdarlıq edir: “Zülallardan və yağlardan fərqli olaraq bədənimiz müstəqil şəkildə karbohidrat istehsal edə bilər. Yəni qidalandırıcı maddələr bizim üçün həyati əhəmiyyətli deyil. Bu, karbohidratla zəngin qidaları rasionumuzdan kənarlaşdırmalı olduğumuz anlamına gəlmir. Nəzərə almalıyıq ki, vacib lif və vitamin ehtiva etdiyi üçün tərkibindəki qlükoza qan şəkərinin səviyyəsini də qoruyur”.

Almaniya Qidalanma Cəmiyyəti, insanlara istehlak etdikləri enerjinin ən azı 50 faizini karbohidratlardan almağı tövsiyə edir. Əksiklik rifahıma pis təsir edir.

Karbohidrat çatışmazlığının 5 əlaməti

Yorğunluq və zəiflik: Orqanizmdə qlükoza yoxdursa, insan ən vacib enerji mənbəyindən məhrumdur. Qan şəkəri düşür, özünü yorğun və zəif hiss edir.

Şəkərə meyllilik: Qeyri-sabit qan şəkəri bizi yemək üçün həvəsləndirir. Bu halda bədənin tez bir zamanda çoxlu karbohidratlara ehtiyacı yaranır və şirniyyatlara can atırıq.

Ağızdan gələn pis qoxu: Bədəndə karbohidrat azdırsa, yağ ehtiyatlarını karbohidratlara çevirməyə başlayır. Sonra o ketoz vəziyyətinə düşür və kimyəvi birləşmələr olan ketonları ağızdan buraxır. Bunun nəticəsində də ağızdan pis qoxu gəlir.

Qəbizlik: Yüksək yağ və zülal olan qidalardan fərqli olaraq, karbohidratlarla bol olan qidaların tərkibi liflə zəngindir. Bu, normal həzm üçün vacibdir. Bədəndə lif çatışmırsa, əbizlik baş verir.

Baş ağrısı və konsentrasiya çatışmazlığı: Beyni enerji ilə təmin etmək üçün bizim qlükozaya ehtiyacımız var. Əgər bu çatışmırsa, çox vaxt konsentrə ola bilmirik. Bundan əlavə, qan şəkəri səviyyəsinin düşməsi tez-tez baş ağrısına səbəb olur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner