Banner
Banner

Sağlam Qidalanma

Süd içmək bədəndəki yağı - AZALDA BILƏR

Süd içmək bədəndəki yağı - AZALDA BILƏR
13:43 15 Aprel 2021

İranın Ahvaz Cundişapur Tibb Elmləri Universitetinin alimləri, süd və püstənin qəlyanaltı kimi istehlakının kilolu və kök qadınlarda toxluq hissinə, bədənlərindəki yağların faizinə və makroelement qəbuluna necə təsir etdiyini araşdırıblar.

Tibb.fed.az Obesity Medicine jurnalına istinadən bildirir ki, bununla bağlı aparılan tədqiqatda artıq çəkili ortalama yaşı 24 olan 60 qadın iştirak edib. Tədqiqat altı günlük fasilə ilə iki aylıq dövrü əhatə edib. Doyumluluğu qiymətləndirmək üçün vizual analog balından istifadə edilib.

Tədqiqatın nəticələrinə görə bütün qruplarda kalori istehlakında statistik fərq tapılmayıb. Bununla belə süd istehlak edən qadınların orqanizmində yağ nisbətində əhəmiyyətli azalma müşahidə olunub. Elm adamları fıstıq və süd yeməyin qəlyanaltı üçün faydalı bir seçim ola biləcəyini vurğulayıblar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner