Banner
Banner

Sağlam Qidalanma

Streslə mübarizədə ən yaxşı - 3 QİDA

Streslə mübarizədə ən yaxşı - 3 QİDA
14:39 8 May 2021

Stressin azaldılması insan sağlamlığında olduqca böyük rol oynayır. Xroniki stress ürək-damar, endokrin və bir çox digər orqan və sistemlərə mənfi təsir edir, xroniki xəstəliklərin, o cümlədən şəkərli diabet, xərçəng və s. riskini artırır. Bu səbəbdən stressi azaltmaq həyati vacibdir.

Tibb.fed.az bu barədə tibbi mənbələrə istinadla bildirir. Mütəxəssislər qeyd edirlər ki, bəzi qidaların böyrəküstü sisteminə təsir edərək stress hormonları olan adrenalin və kortizolun ifrazını tənzimləyir. Stress hormonlarının orqanizmdə uzun müddət ərzində yüksək səviyyədə olması arterial təzyiqin artmasına, immun sisteminin və cinsi meylin zəiflənməsinə səbəb olur.

Ekspertlər stress hormonlarının səviyyəsini azaltmaq üçün rasiona bu kimi qidaları əlavə etməyi tövsiyə edirlər:

Tünd şokolad

Şokoladın tərkibində olan antioksidantlar stress hormonlarını azaldır. Nəzərə almaq lazımdır ki, burda söhbət məhz tərkibində 70% kakao olan tünd şokoladdan gedir.

Avokado

Omeqa-3 yağlı turşularla zəngin olan avokado streslə mübarizəyə kömək edir, damarları qoruyur, insult və infarktın riskini azaldır.

Yağlı balıq

Yağlı balıq da Omeqa-3 və Omeqa-6 polidoymamış yağlı turşularla zəngindir. Yağlı turşular stresi və depressiyanı azaldır.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner