Banner
Banner

Sağlam Qidalanma

Səhər yeməyində iki yumurta yeyənlər iki dəfə daha sürətli - ARIQLAYIR

Səhər yeməyində iki yumurta yeyənlər iki dəfə daha sürətli - ARIQLAYIR
13:37 1 Mart 2021

Səhər yeməyində iki yumurta - qaynadılmış və ya omlet şəklində yeyən insanlar hamıdan daha tez,  iki dəfə daha sürətli arıqlayır. Bu nəticəyə amerikalı alimlər təcrübə zamanı gəliblər.

Tibb.fed.az bildirir ki, alimlər yumurtaların sirrinin onların tez və uzun müddət doyumlu saxlamasında tapıblar. Tərkibində bir çox faydalı mikroelement, həmçinin protein və sağlam yağlar var. Orqanizm kifayət qədər qida aldığı üçün iştahı uzun müddət sakitləşdirir.

Yaşlanmanı sürətləndirən və kökəldən - 5 ZƏRƏRLİ QIDA

Qəhvəaltıda yumurta yeməyin səmərəliliyini sübut etmək üçün Luiziana Universitetindən tədqiqatçılar artıq çəkidən əziyyət çəkən kök qadınları izləməyi qərara alıblar. Az yağlı pəhriz yeyən qadınlara isə səhər yeməyinə ya iki yumurta, ya da bir kökə yemək təklif edilib. Əslində hər iki məhsulda eyni miqdarda kalori var. Bir yumurtada, təxminən 70-80 kkal, kökədə isə-150 kkal var.

İki aydan sonra yumurta yeyən qadınların 65%-i daha çox arıqlayıb. Kökə yeyənlərlə müqayisədə onların beli yarıyadək arıqlayaraq incələşib. Bundan əlavə, səhər yeməyində yumurta yeyən qadınlar özünü çox gümrah və enerjili hiss etdiklərini də bildiriblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner