Banner
Banner

Sağlam Qidalanma

Sağlamliğimiz üçün vacib olan - 5 VİTAMİN

Sağlamliğimiz üçün vacib olan - 5 VİTAMİN
12:34 24 May 2021

İnsan orqanizminin sağlamlığında bütün vitaminlərin vacib rolu var. Azərbaycanın tanınmış endokrinoloq uzmanı Fərhad Burzu bildirir ki, əhalinin 90 %-i sağlam və qeyri sağlam qidalanma haqqında məlumatlıdır. İnternet və sosial şəbəkələrdə sağlam qida, sağlam həyat tərzinin bir hissəsi olaraq vitaminlər (tablet şəklində) qida əlavəsi olaraq reklam olunur və reklamlarda onların faydaları haqqında da məlumat verilir.

Tibb.fed.az F.Burzuya istinadla xəbər verir ki, sağlam orqanizm üçün vacib olan vitaminlər tablet formasında yalnız həkim göstərişi ilə qəbul edilməlidir. Bununla belə vitamin qəbul edən şəxs onu içərək xroniki xəstəliklərindən qurtulacağını da düşünməməlidir.

Endokrinoloq orqanizm üçün vacib sayılan əsas 5 vitamin haqqında məlumat verir:

1.Folat və ya fol turşusu

Folat - vitamin B9-un bir çox formalarını izah etmək üçün işlədilən termindir. Vitamin B9 qırmızı qan hüceyrələrinin formalaşması və orqanizmin ümumi böyümə və inkişaf funksiyaları üçün labüddür. Xüsusilə də, bu vitamin qadınlara hamiləliyin ilk həftələrindən etirabən təyin olunur. Çünki qadının bətnindəki körpənin sağlam inkişafı və böyüməsində əsas rollardan birini oynayır.

Fol turşusu isə folatın sintetikləşdirilmiş formasıdır

Bəs təbii olaraq biz vitamin B9 hansı məhsullarda axtarırıq?

Liflə zəngin yaşıl tərəvəzlər

Meyvələr: xüsusilə sitrus meyvələri, qovun və çiyələk

-Paxlalılardan: mərci, noxud

Hətta ABŞ-da qərar verilib ki, əhalinin yetərincə fol turşunu qəbul etməsi üçün bu vitamin bəzi məhsullara qida əlavəsi kimi qatılacaq və etiketin üzərində də qeyd olunacaqdır. Bu məhsullar

-Çörəyin bəzi növlərində

-Taxıl məhsullarında

-Unda

-Qarğıdalı ununda

-Makaron məmulatlarında var.

2.Vitamin B12

Vitamin B12 bizim üçün sakit sinir sistemi və əla enerji mənbəyidir. İnsan yaşlandıqca mədə turşuluğu azalır və nəticədə biz yediyimiz protein və digər qidalardan B12 vitaminini ala bilmirik. Eyni zamanda şəkər xəstələrində  içdikləri dərmanlardan dolayi, Kron xəstələrində də vitamin B12 əksikliyinə çox rast gəlinir. Bəs vitamin B12-ni necə qəbul edək? Yaşı 50-ni keçənlər və ümumiyyətlə B12 qəbul etməyən riskində olanlar, qida əlavəsi olaraq bu vitamin qəbul etmək üçün həkim-endokrinoloqa müraciət etməlidirlər.

Gündəlik qidalanmada isə

-Salmon, ton və forel balıqları

-malyusk

-kənd çolpası

-ət

-yumurta

-süd

-süd məhsullarından pendir və qatıq

-soya südü

3.Vitamin D

VitaminD sümüklərimizin, oynaqlarımızn və dişlərimizin sağlamlığını təmin edir. Vitamin D çatışmazlığı bu gün  dünyada xərçəng və ürək xəstəliklərinin əsas səbəblərindən sayılır.  Və D vitamininin əsas mənbəyi yemək deyil, günəşdir. Bu səbəbdən günəş düşməyən bölgələrdə yaşayan insanlar vitamin D çatışmazlığından əziyyət çəkirlər.

Vitamin D üçün nə yeməliyik?

-yağlı balıqlar: qızılbalıq, siyənək, ton və sardine balığı

-göbələk

-yumurta

Əgər bu məhsulları yeyə bilmirsinizsə, bu halda həkim-endokrinoloqa, vitamin D-nin qida əlavəsi olaraq təyini üçün müraciət edin.

4.Vitamin B6

Bu vitamin bədənimizdə baş verən biokimyəvi funksiyaların 200-dən çoxunda iştirak edir. Amma ən əsasları: yuxu, iştah və əhval-ruhiyyə. Amma təəssüf ki, əksər insanlar, xüsusilə də yaşlı nəsil gündəlik B6 vitamin normasını almır.

Vitamin B6 hansı qidalarda var?

-qırmızı ət

-tam taxıl məhsulları

-tərəvəzlər

-qoz, fındıq

-sobada hazırlanmış kartof

-qarbanzo lobyası

-toyuq

5. Vitamin A

Vitamin A görmə qabiliyyəti, sağlam dəri və immune sisteminin güclənməsində mühüm rol oynayır. Vitamin A mənbəyi: yaşıl, sarı, narıncı rəngdə olan meyvə və tərəvəzlər

-kök, qırmızı kartof, qış balqabağı, brokoli, ispanaq

-süd, yağ, pendir

-yumurta

-qaraciyər (dana, qoyun).

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner