Banner
Banner

Sağlam Qidalanma

Qəbizliyi aradan qaldıran ən yaxşı - 6 QİDA

Qəbizliyi aradan qaldıran ən yaxşı - 6 QİDA
11:22 21 Mart 2021

Hər birimiz nə zamansa bağırsaqların işində ciddi problemlərlə qarşılaşmışıq.

Tibb.fed.az “Medikforum” saytına istinadla xəbər verir ki, xroniki qəbizlik zamanı pəhrizi idarə etmək vacibdir və bu liflə zəngin qidalar, necə deyərlər, məsələni ölü nöqtədən tərpədə biləcək.

Moruq. Bir porsiya üçün ən yüksək lif tərkibli giləmeyvə. Bir fincan moruqda 8 qram lif var, xroniki qəbizlikdən əziyyət çəkirənlər üçün bu miqdar çox faydalıdır. Lifli digər sağlam giləmeyvələrə yaban böyürtən və qarağat daxildir.

Alma. Orta ölçülü bir alma 44.4 qram lif ehtiva edir. Bu, əla bir meyvədir. Yeməzdən əvvəl almanın qabığını soymamalısınız, çünki liflərin demək olar ki, hamısının yerləşdiyi yer budur.

Mərci. Mükəmməl bir lif mənbəyidir. Bu məhsulun bir fincanında 16 q bu komponent var. Qarnir olaraq yeməklərə, həmçinin salatlara əlverişli variant sayılır, əla tərəvəz zülalı olaraq tanınır.

Noxud. Bir fincan noxudda 12,5 qram lif var . Humusla qarışdırıla bilər, qəlyanaltı olaraq qızardıla və ya salata əlavə edilə bilər. Doğrudur, mərcimək kimi, noxud da bağırsaqlarda qaz əmələ gəlmə səviyyəsini artırır, lakin tərkibində insanı mükəmməl doyuran yaxşı protein və dəmir var.

Yulaf. Xroniki qəbizlikdən əziyyət çəkənlər üçün ən yaxşı taxıl növüdür. Yulaf, həzmə kömək edən və sağlamlığın digər aspektlərinə müsbət təsir göstərən həll olunan beta-qlükan ehtiva edir. Səhər yeməyində yulaf əzməsi ən ideal seçimdir.

Çia toxumları. Azərbaycanda son illər dəbə düşən olduqca ekzotik bir məhsuldur. Çünki bu toxumların ürək üçün faydaları və iltihab əleyhinə xüsusiyyətləri haqqında bir çox məlumat ortaya çıxıb. Çia toxumlarında da liflər çoxdur və bu da bağırsaq sağlamlığını artırır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner