Banner
Banner

Sağlam Qidalanma

Qazlı içki sonsuzluğa - SƏBƏB OLA BİLƏR

Qazlı içki sonsuzluğa - SƏBƏB OLA BİLƏR
11:31 20 Aprel 2021

Gənc evli cütlüklərə bu məlumat xüsusilə maraqlı olacaq. Tərkibi yüksək olan qazlı içkilər sağlamlığa zərərlidir və sonsuzluğa səbəb ola bilər.

Tibb.fed.az bildirir ki, Epidemiology jurnalında yayımlanan bir araşdırma, gündə bir və ya daha çox şirin içkinin hamilə qalma ehtimalını azaltdığını müəyyənləşdirib. Bu o deməkdir ki, gələcək valideynlər susuzluqlarını nəylə yatırdıqlarına diqqət etməlidirlər. Məhsuldarlığa mənfi təsir göstərən süni dadlandırıcı olan içkilərdən imtina etmək lazımdır.

Digər tədqiqatlar göstərir ki, qazlı içkilər kişilərdə sonsuzluq riskini artıran kimyəvi maddələr ehtiva edir. Sperma sayına, hərəkətliliyinə və kişi məhsuldarlığına təsir edən digər parametrləri azaldır. Nəhayət, içkilər bədəndəki pH səviyyəsini dəyişdirir. Bir çox içkidə dadlandırıcı olan Aspartam, daxili sekresiya maddələrinin düzgün işləməsini pozur və hormonal disbalansa səbəb olur. Qazlı içkilərə aludəçilik səbəbindən  insan kilo ala bilər ki, piylənmə  də sonsuzluq üçün risk faktorlarından biri sayılır. Həddindən artıq qazlı içki istehlak etmək qanda şəkərin səviyyəsini artırır və başqa bir risk faktoru olan 2-ci tip  diabetə səbəb olur.

The Health Site yazır ki, gündə bir şüşə qazlı su içmək pəhriz variantları daxil olmaqla sonsuzluq riski 20-25% artırır. Bu, yalnız təbii yolla deyil, IVF klinikalarında ekstrakorporal mayalanma ilə müvəffəq olma ehtimalına da təsir göstərir. Hamilə qalma ehtimalını artırmaq üçün antioksidanlar, lif, zülal və süd baxımından zəngin olan xüsusi qidalar yemək vacibdir. Müntəzəm idman, doyurucu bir səhər yeməyi, streslə mübarizə, pəhrizdəki kofeinin azaldılması və sağlam çəkinin qorunması da vacibdir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner