Banner
Banner

Sağlam Qidalanma

Qara gavalı bağırsağı xərçəng şişindən - MÜDAFIƏ EDİR

Qara gavalı bağırsağı xərçəng şişindən - MÜDAFIƏ EDİR
10:23 14 Mart 2021

Hər kəs, əsasən də  arıqlamaq istəyən və ya qəbizlikdən əziyyət çəkən qadınlar magaza və bazarlarda həvəslə ilin bütün fəsillərində quru gavalı alırlar. Bu meyvə qurusunun orqanizmə faydası nədir? Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.

Tibb.fed.az bildirir ki, qara gavalının bağırsaq sistemi üçün faydalarını xarici dietoloqlar Erin Kenni və Ceymi Miller “Shape” portalına anladıblar.

Çay içməyi azaltmaq üçün çox ciddi - SƏBƏB

Mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.

“Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir”, - deyə ekspertlər izah edirlər.

Alimlər quru gavalının bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırmasını onun tərkibindəki mikroelementlərin antioksidan təsiri ilə əlaqələndirirlər. Bundan əlavə, quru gavalı hüceyrələri zədələyərək bədxassəli törəmələrin artmasına səbəb olan iltihab prosesinin azalmasına da kömək edir.

Mütəxəssislər qara gavalının tərkibindəki manqanın, eləcə də misin iltihab prosesi ilə əlaqəli zədələrdən sağlam hüceyrələri necə qoruduğunu izah ediblər. Onlar, həmçinin əlavə ediblər ki, bu quru meyvənin tərkibindəki antosiyan maddələr yoğun bağırsaqda xərçəngin inkişaf etmə riskini azaldır.

Dietoloqlara görə, əks göstəriş olmadığı təqdirdə, gündə bir və ya iki quru meyvə yemək optimal sayılır. Mütəxəssislər qara gavalı qurusunun digər əhəmiyyətli üstünlükləri sırasında onun ürəyin fəaliyyətinə müsbət təsir göstərməsi ilə yanaşı, sümükləri möhkəmləndirməsini də qeyd ediblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner