Banner
Banner

Sağlam Qidalanma

Qan laxtalanmasını azaldan - 16 QİDA

Qan laxtalanmasını azaldan - 16 QİDA
15:24 12 Mart 2021

1.Zəncəfil. Qan laxtalanmasını azaldan ən təsirli vasitədir.  Zəncəfildəki  xüsusi bir maddə  — gingerol omega-3  və omega-6 yağ turşuları ilə birlikdə, trombositlərin bir-birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol  əvvəldən mövcud olan xolesterini qandan uzaqlaşdırır  və yenidən meydana gəlməsinin qarşısını alır, qanı daha duru hala gətirir. Zəncəfil yemək damarlardakı «pis» xolesterin  səviyyəsini aşağı salır və qan axınını artıraraq, onun bütün orqanlara daxil olmasına kömək edir.

2. Kayen bibəri. Təbii, ən güclü qandurulducu qidalardan biridir. Gündəlik rasionunuza kayen bibəri əlavə etmək təzyiqin aşağı düşməsinə və qan dövranının yaxşılaşmasına  kömək edə bilər. Bibərin bu təsiri tərkibində çox miqdarda olan salisilatın hesabına baş verir.

3.Omega-3 ilə zəngin qidalar. Omega-3 yağ turşuları qan axınını yaxşılaşdırır və qan təzyiqini normallaşdırır, «yaxşı» (HDL-yüksək sıxlıqlı lipoprotein) xolesterin səviyyəsini artırır, qan damarlarının divarlarını gücləndirir və elastikləşdirir. Bundan əlavə, omega-3  homosistein konsentrasiyasını  aşağı salır. Homosisteinin – bu aminturşusunun orqanizmdə toplanması  arteriyaların daxili divarlarına zərər verir, trombların artmasına səbəb olur. Bu səbəbdən, rasiona yağlı balıq, qoz, bitki yağları və kətan  toxumu daxil etmək lazımdır.

4.Sarımsaq. Güclü antioksidandır, iltihab əleyhinə təsir göstərir. Bir qandurulducu kimi, sarımsağın əhəmiyyəti  o qədər  çoxdur ki, dərman preparatları — antikoaqulyantlarla birgə çox miqdarda qəbuluna icazə verilmir.

5.Darçın. Bu ədviyyat güclü bir antikoaqulyantdır: gündəlik qəbul etdikdə qan təzyiqini aşağı salır, iltihabı azaldır, insultdan qoruyur. Amma darçını həddindən çox qəbul etməyin, çünki ifrat dərəcədə istifadəsi qaraciyərə zərər verə bilər.

6.Qırmızı kələm. Əslində, kələm turşusu da daxil olmaqla, bütün növ kələmlər qaraciyərə faydalıdır. Lakin qırmızı kələm digərlərindən fərqli olaraq, faydalı maddələrə — kalium, C və B qrupu vitaminləri ilə daha çox zəngindir. Kələm yemək qanın keyfiyyətini yaxşılaşdırır və qan laxtalanmasının qarşısını alır.

7.Su. Bədənimizin, demək olar ki, 90%-i sudur. Buna görə orqanizminizdə xoşagəlməz simptomlar yarandıqda mümkün qədər çox su içməyə başlayın. Sağlam bir insanın su istehlak norması hər kq üçün 30 ml-dir.

8.Moruq. Bu ləzzətli, şirin giləmeyvə orqanizmi gücləndirir, hərarəti salır. Həmçinin aspirinin tərkibindəki maddələri ehtiva edir.

9.Soğan. Qan laxtasının miqdarını azaldan və eyni zamanda, mövcud olan trombları aradan qaldırmağa kömək edən maddələrdən ibarətdir. Üstəlik, təkcə çiy yox, həmçinin bişmiş soğan da faydalıdır.

10. Pomidor. Pomidorların tərkibində xolesterini azaldan likopen və qan damarlarının divarlarını gücləndirən rutin var.

11.Sarıkök. Darçın kimi, sarıkökdə də qandurulducu və tromblaşmanın qarşısını alan kumarin maddəsi var.

12. Cücərmiş buğda. Yaşlanmanın qarşısını alır. Eyni zamanda, əla qandurulducudur. Salatlara əlavə edərək yeyə bilərsiniz.

13. Nar - tərkibi antioksidanlarla və kaliumla zəngindir. Nar damarları qoruyur və elastikləşdirir.

14. Sitrus meyvələr - C vitamini və su ilə zəngindir. Limon qandurulucu xüsusiyyəti ilə daha çox tanınır. Sitrus meyvələri adi halda yeyə və ya çaya əlavə edə bilərsiniz.

15. Bal Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bal qandurulducu təsir göstərir, qanı yaxşılaşdırır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner